Nazir: “Bakı-Tiflis-Qars layihəsi Azərbaycanı birbaşa Avropa ilə birləşdirəcək”
“APA-ECONOMICS”in xəbərinə görə, bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov X Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (“TransCaspian Azerbaijan - 2011”) sərgisində çıxışında bildirib.
Onun sözlərinə görə, avtomobil yollarının beynəlxalq standartlara uyğun yenidən qurulması ölkə ərazisindən daşımaların həcminin böyüməsinə kömək edəcək, Azərbaycanın beynəlxalq və regional tranzit əhəmiyyətini artıracaq, xarici ticarət dövriyyəsinin artmasında xüsusi rol oynayacaq.
Ələtdə tikilən dəniz limanı haqda məlumat verən nazir bildirib ki, 3 il ərzində layihənin birinci mərhələsinin başa çatması gözlənilir: “Bu isə ölkə ərazisi ilə kombinə olunmuş daşımaların artımında xüsusi rol oynayacaq”.
Z.Məmmədov qeyd edib ki, 2012-ci ilin sonuna Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin başa çatması gözlənilir. 2013-cü ildə isə dəmir yolu tam istismara veriləcək: “Hazırda Bosfor boğazının altından çəkilən avtomobil və dəmir yollarını nəzərə alanda, Bakı-Tiflis-Qars layihəsi Azərbaycanı birbaşa Avropa ilə birləşdirəcək”.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28