Bakıda “Effort” əmtəə nişanından qanunsuz istifadə edildiyi aşkarlandı
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 32a ünvanında Xalisə Dünyamalıyevaya məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı “Düşes” və “Tərxun” sərinləşdirci içkilərinin, meyvə nektarlarının müvafiq reseptura olmadan istehsal edildiyi müəyyənləşdirilib.
Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Düşes” və “Tərxun” sərinləşdirici içkilərinin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin edildiyi, meyvə nektarlarının etiketlərində saxlama temperaturunun normativ sənədlərdə müəyyən edilmiş normadan artıq göstərildiyi, habelə məhsul istehsalı zamanı “Effort” əmtəə nişanından qanunsuz istifadə edildiyi müəyyən olunub.
Bundan başqa, yoxlama zamanı müəssisənin anbarında üzərində "Effort" əmtəə nişanı olan 5440 ədəd etiket aşkarlanıb. Qanun pozuntuları ilə əlaqədar “Düşes” və “Tərxun” sərinləşdirici içkilərinin, meyvə nektarlarının istehsalının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, məhsul istehsalı zamanı “Effort” əmtəə nişanından qanunsuz istifadənin dayandırılması, habelə üzərində həmin əmtəə nişanı olan 5440 ədəd etiketin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən sahibkar Xalisə Dünyamalıyevaya icrası məcburi göstəriş verilib.
Araşdırmalar davam edir.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28