AXA MBASK İSO beynəlxalq standartına daha bir uyğunluq sınağını uğurla keçdi
26 may 2011 09:38 (UTC +04:00)

AXA MBASK İSO beynəlxalq standartına daha bir uyğunluq sınağını uğurla keçdi

Moody İnternational şirkətinin mütəxəssisləri AXA MBASK sığorta şirkətinin keyfiyyət menecmenti sisteminin auditor yoxlamasını apararaq onun İSO 9001:2008 beynəlxalq standartının tələblərinə uyğun olduğunu təsdiqləyiblər.

AXA MBASK İdarə Heyəti sədrinin birinci müavini Rəşad Abbasov bu hadisəni şərh edərək bildirib: “AXA MBASK üçün İSO sistemi ilk növbədə həqiqi işlək olan keyfiyyətin idarəetmə sistemi, habelə fəaliyyətin beynəlxalq standartlara uyğun olmasına bir zəmanətdir ki, sığorta xidmətlərinin yüksək keyfiyyətini təsdiqləyir və şirkətdəki işgüzar proseslərin səmərəli idarə olunmasına dəlalət edir. Biz şirkətdəki işgüzar prosesləri daim təkmilləşdirmək vəzifəsini qarşıya qoymuşuq və keyfiyyət menecmenti sistemi də həmin vəzifəni yerinə yetirməkdə mühüm əhəmiyyətə malikdir”.

Xatırlatmaq yerinə düşər ki, daim təkmilləşən keyfiyyət menecmenti sistemi sayəsində şirkət 2004-cü ildən etibarən hər il keçirilən sertifikatlaşma üçün audit yoxlamaları zamanı keyfiyyətli sığorta xidmətləri göstərmək qabiliyyətini hər dəfə əyani olaraq sübut edib.

Həmçinin xatırladaq ki, ötən il oktyabr ayında MBASK sığorta şirkəti əsas səhmdarını dəyişib və şirkət səhmlərinin nəzarət zərfi (51 faiz) Fransanın AXA Group qrupu tərəfindən törəmə şirkəti olan İspaniyanın AXA Sequros Generales S.A. De Sequros Y Reasequros şirkəti vasitəsilə satın alınıb. Şirkətin adının dəyişməsilə əlaqədar olaraq 2010-cu il dekabr ayının 7-də MBASK lisenziyası AXA MBASK olaraq yenilənib.

Maliyyə müdafiəsi sahəsində dünya lideri olan AXA Group dünyanın 57 ölkəsində, o cümlədən daha çox Avropa, Şimali Amerika, Yaxın Şərq və Asiya-Sakit okean bölgələrində fəaliyyət göstərir.

Bu gün 90 milyard avroluq gəlirlə və 3,5 milyard avroluq mənfəətlə AXA Group dünyanın ən iri sığorta şirkətlərinin reytinq cədvəlində birinci yerdə olub maliyyə yatırımlarının sığortası sahəsində öncüllərdən biridir. 2011-ci ilin əvvəlində qrupun işçi sayı 210 mindən artıq, müştərilərinin isə bütün dünyadakı sayı 96 milyon təşkil edirdi. Nüfuzlu AM Best maliyyə agentliyinin məlumatına əsasən 2009-cu ilin yekunlarına görə AXA xalis mükafatların həcminə görə dünyanın bir nömrəli sığortaçısı olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 577

Oxşar yazılar