“ARDNŞ-nin 2025-ci ilədək Kompleks Perspektiv İnkişaf Planı”nın ilkin variantı hazırlanıb
ARDNŞ prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə “ARDNŞ-nin 2025-ci ilədək Kompleks Perspektiv İnkişaf Planı”nın ilkin variantının təqdimatı keçirilib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, yığıncaqda ARDNŞ-in Strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov Kompleks Perspektiv İnkişaf Planının ilkin variantını müşavirə iştirakçılarına təqdim edib.
Aparılan müzakirələrdə təqdim olunan sənədin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb, fikir və təkliflər bildirilib. ARDNŞ-in prezidenti Rövnəq Abdullayev yığıncağa yekun vurub. O, “ARDNŞ-nin 2025-ci ilədək Kompleks Perspektiv İnkişaf Planı”nın yığıncaqda səslənmiş fikir və təkliflər nəzərə alınmaqla, daha da təkmilləşdirilməsini və müzakirəyə çıxarılmasını tövsiyə edib.

769