Bakıda tikiləcək yeni metro stansiyalarının adları
24 may 2011 10:56 (UTC +04:00)

Bakıda tikiləcək yeni metro stansiyalarının adları

Azərbaycan Respublikasının Nazirlər Kabineti yeni tikiləcək metro stansiyaların adlarını müəyyənləşdirib. Lent.az-ın Nazirlər Kabinetinin saytına istinadən məlumatına görə, Konstitusiyanın 119-cu maddəsinin səkkizinci abzasına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar alıb:

1. Bakı şəhəri, Binəqədi rayonu, Moskva prospektində yerləşən Bakı Metropoliteninin yeni tikiləcək stansiyası “Avtovağzal” adlandırılsın.

2. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən Bakı Metropoliteninin yeni tikiləcək stansiyası “Dərnəgül” adlandırılsın.

3. Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Metropoliteni bu qərardan irəli gələn məsələləri həll etsinlər.
# 1441

Oxşar yazılar