ARDNŞ qeyri-qanuni tikililərlə bağlı məhkəmə iddiası qaldırıb
21 may 2011 12:07 (UTC +04:00)

ARDNŞ qeyri-qanuni tikililərlə bağlı məhkəmə iddiası qaldırıb

Lent.az-ın şirkətin rəsmi saytına istinadən məlumatına görə, ARDNŞ və əməliyyat şirkətlərinin müəssisələrinin yerləşdiyi ərazilər, xüsusilə də mədən sahələrinə və neft-qaz kəmərlərinin mühafizə zonalarına düşən torpaqlar bələdiyyələrin qanunsuz qərarları əsasında və yaxud ümumiyyətlə heç bir sənəd olmadan fiziki və hüquqi şəxslər tərəfindən kütləvi şəkildə zəbt olunduğu bildirilir.

ARDNŞ ayrı-ayrı zəbt olunma halları ilə bağlı hüquq-mühafizə və bələdiyyə orqanlarına müraciətlər edib. Həmçinin, ARDNŞ və müvafiq əməliyyat şirkətləri tərəfindən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində 3000-ə (bunlardan 2000-nə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarları var) yaxın iddia qaldırılıb və 4500-ə yaxın iddianın məhkəməyə təqdim olunması üçün müvafiq sənədlər hazırlanıb. Haqqında məhkəmə iddiası qaldırılan və qaldırılması planlaşdırılan tikililər son dövrlərdə aparılmış tikintilərlə bağlıdır. Tikililərin hansı dövrdə aparıldığını müəyyən etməkdə əsas məqsəd bu ərazilərdə uzun müddət bundan əvvəl salınmış yaşayış məntəqələrindən fərqli olaraq, son zamanlarda böyük vüsət almış qanunsuz zəbt olunmaların qarşını almaqdır.

Dövlət Neft şirkəti qeyd edir ki, məhkəmələrin bu işlərlə bağlı qanuni qüvvəyə minmiş qərarları olsa da, insanların uzun müddət məskunlaşdığı yaşayış sahələrinin sökülməsi məqsədi güdülmür. Şirkətin bu istiqamətdə fəaliyyəti qanuni istifadəçilərin neft-qaz əməliyyatlarının aparılmasında maneələrin aradan qaldırılmasına yönəlib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609

Oxşar yazılar