FHN şimal bölgəsində sahibkarlarla görüş keçirdi
Xaçmazda yanğın təhlükəsizliyi, müəssisə və təşkilatların hüquq və vəzifələri mövzusunda regional tədbir keçirilib. Seminar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti xidməti və Beynəlxalq maliyyə korporasiyasının Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunub. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, məqsəd sahibkarları dövlət yanğın nəzarəti işinin istiqamətləri barədə maarifləndirmək olub. Tədbirdə Şimal bölgəsində fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.
Seminarda yanğına qarşı təbliğat işinin səmərəsini artırmaq məqsədilə sahibkarlara yanğın təhlükəsizliyi adlı kitabça təqdim olunub.
Bu cür seminarlar Salyan, Lənkəran və digər rayonlarda da təşkil olunub.
Vəli Turan

576