AXA MBASK mükafatları iki dəfə artırdı
Lent.az-ın məlumatına görə, 2011-ci ilin birinci rübünün yekunlarına görə, AXA MBASK SC 2 636 232 AZN məbləğində sığorta mükafatı toplayıb ki, bu da ötən ilin analoji dövrü üçün olan göstəricilərdən iki dəfə artıqdır. 2011-ci ilin birinci rübündə mükafatların artımı 96,44% təşkil edib.
Onu da qeyd etmək lazımdır ki, 2011-ci ilin mart ayında mükafatların artımı 2011-ci ilin fevral ayı ilə müqayisədə 45,57% olub. Bu zaman avtomobil sığortası üzrə 1-ci rüb üçün mükafatların həcmi Şirkətin ümumi yığımının 54%-ni (1 414 870 AZN), əmlak sığortası üzrə 20%-ni (522 151 AZN), bədbəxt hadisələrdən sığorta olunma üzrə isə 8%-ni (215 859 AZN) təşkil edib.
Şirkətin ödənişləri 634 928 AZN-dir. Ənənəvi olaraq, ödənişlərin əksər hissəsi avtomobil sığortası müqavilələri üzrə yerinə yetirilib – 374 069 AZN. İkinci yerdə tibbi sığortadır – 226 769 AZN. Daha sonrakı gəlirlər: xaricə gedənlərin sığorta olunması - 19 332 AZN, yanğından sığorta olunma – 14 448 AZN və s.
Müqavilələr üzrə ödənişlərin alınmasının orta davamiyyət müddəti, sığorta hadisəsi haqqında ərizənin verilməsi anından başlayaraq, iki həftə təşkil edib, özü də, əgər itkilərin məbləği əhəmiyyətsizdirsə, bu müddət bir neçə günə qədər azalır.
Birinci rüb üçün şirkətin, bir sığorta polisi üzrə, ən iri ödənişi avtomobilin sığorta olunması üzrə müqavilə çərçivəsində həyata keçirilib və 18 050 AZN olub.
Birinci rübün yekunlarını şərh edən AXA MBASK Sığorta Şirkətinin İdarə Heyəti sədrinin müavini Rəşad Abbasov “bu ilin üç ayı üçün işin nəticələrini qiymətləndirərək, biz əminliklə deyə bilərik ki, bu cür dinamik artımla və inkişaf sürəti ilə, biz bu ilin ərzində şirkətin mükafatlarının əhəmiyyətli artımını və, müvafiq olaraq, ölkənin sığorta bazarında payın artmasını gözləyirik” - deyib.
R.Abbasov daha sonra bunları söyləyib: “Artım yeni standartların müvəffəqiyyətlə tətbiq edilməsi və satış prosesinin düzgün təşkil olunması sayəsində mümkün olub. Biz distributor şəbəkəsinin genişləndirilməsinə və yeni satış kanalları ilə işə böyük diqqət veririk. Biz, həmçinin regionlarda öz fəaliyyətimizi genişləndirir və müştərilərə xidmətin keyfiyyətini daim təkmilləşdiririk. Bizim müvəffəqiyyətimizin açarı - müştəriyə yönümümüzdür”.
Xatırladaq ki, ötən ilin oktyabr ayında MBASK Sığorta Şirkəti özünün əsas səhmdarını dəyişib. Şirkətin səhmlərinin nəzarət qovluğunu (51%), özünün törəmə şirkəti olan AXA Sequros Generales, S.A, De Sequros Y Reasequros-un (İspaniya) vasitəsi ilə, AXA Group (Fransa) şirkəti əldə edib. 2010-cu ilin dekabr ayının 7-də MBASK-ın lisenziyası, şirkətin adının dəyişməsi ilə əlaqədar olaraq, AXA MBASK-a dəyişdirilib.
AXA Group – maliyyə mühafizəsi sahəsində dünya üzrə liderdir, o öz fəaliyyətini bütün dünya üzrə 57 ölkədə, daha çox Avropada, Şimali Amerikada, Asiya-Sakit okean regionunda və Yaxın Şərqdə cəmləşdirməklə, həyata keçirir.
Bu gün, 90 milyard Avro gəlir ilə və 3,5 milyard Avro mənfəət ilə, AXA dünyanın ən iri sığorta şirkətlərinin reytinqində birinci sətirdə durur və maliyyə yatırımlarının sığorta olunması sahəsində liderlərdən biridir. 2011-ci ilin əvvəlinə olan vəziyyət üçün, şirkətdə 210 mindən artıq əməkdaş çalışırdı, bütün dünya üzrə müştərilərin sayı isə 96 milyona çatır. 2009-cu ilin yekunlarına görə, nüfuzlu AM Best maliyyə agentliyinin mülahizəsinə əsasən, xalis mükafatların həcminə görə AXA dünyada ən iri sığortaçı olub.

676