Sabirabad, Saatlı, İmişli, Ağcabədi və Zərdab rayonlarının hər birinə 2 milyon manat ayrılıb
11 may 2011 19:30 (UTC +04:00)

Sabirabad, Saatlı, İmişli, Ağcabədi və Zərdab rayonlarının hər birinə 2 milyon manat ayrılıb

Lent.az Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, sərəncamda “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Sabirabad, Saatlı, İmişli, Ağcabədi və Zərdab rayonlarında uğurla yerinə yetirildiyi bildirilib. Qısa müddət ərzində rayonların sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib, bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilib, o cümlədən əhalinin içməli su, elektrik enerjisi və təbii qazla təminatı yaxşılaşdırılıb, kəndarası yolların çəkilişi davam etdirilib, yeni təhsil, səhiyyə, mədəniyyət, idman müəssisələri və digər sosial yönümlü obyektlər tikilərək istifadəyə verilib.


Əhalini narahat edən sosial əhəmiyyətli problemlərin həlli istiqamətində işlərin davam etdirilməsi və “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin tezləşdirilməsi üçün zəruri tədbirlər görülməsi məqsədi ilə Sabirabad, Saatlı, İmişli, Ağcabədi və Zərdab rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan həmin rayonların icra hakimiyyətlərinin hər birinə 2 (iki) milyon manat vəsait ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668

Oxşar yazılar