BFV mərkəzi banklara tövsiyə edir
”Aşağı uçot dərəcəsini saxlamalı, stimullaşdırıcı tədbirləri davam etdirməli”
Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadi böhran şəraitində bank sektorundakı vəziyyətlə bağlı Avropanın mərkəzi banklarına tövsiyələrini açıqlayıb. Fond rəsmiləri hesab edir ki, Avropada iqtisadiyyatın bərpası ləng və zəif gedir. Bu səbəbdən regionun mərkəzi bankları aşağı uçot dərəcəsini saxlamalı stimullaşdırıcı tədbirləri davam etdirməlidir.
Lent.az “İqtisadi forum” jurnalına istinadən xəbər verir ki, Böyük Britaniya, avro zona, Skandinaviya və Şərqi Avropa ölkələrinin mərkəzi bankları uçot dərəcələrini rekord səviyyədə aşağı salıblar. İngiltərə Bankı uçot dərəcələrini 0,5 faizə salmaqla yanaşı dövlət istiqrazlarını da alır. Avropa Mərkəzi Bankı isə krediti 1 faiz uçot dərəcəsi ilə kredit verir.
BVF hesab edir ki, belə siyasət risklərdə azad deyil və mərkəzi banklar “bərpa dövrü başlayanda böhrandan çıxış strategiyasını planlaşdırmalıdırlar.
“İstənilən halda bərpa ləng getməsi gözlənilir, çünki Asiyada Avropa mallarına artan tələbat “çətin ki Amerika istehlakçılarının idxala böhrandan əvvəlki səviyyədə olan marağını əvəz edə bilsin” – deyə, BVF-nin Avropa departamentinin direktoru Marek Belka bildirib.
BVF proqnozlaşdırır ki, Britaniyanın iqtisadiyyatı bu il 4,4 faiz azalsa da, 2010-cu ildə 0,9 faiz artacaq. Avrozonaya daxil olan 16 ölkənin iqtisadiyyatı 2009-cu ildə 4,2 faiz azalacaq, növbəti ildə isə 0,3 faiz artacaq. Fondun proqnozuna görə, Polşa və Macarıstan kimi inkişaf etməkdə olan ölkələrin Avropa bloku cari il ÜDM-nin 6,6 faiz həcmində azalma gözlənilir. Bu ölkələrdə 2010-cu ildə 1,7 faiz artım olacağı gözlənilir.
Elxan SALAHOV

Oxşar yazılar

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52