Torpaq hərracları ictimaiyyətdən gizlədilir
Hərraclar barədə bildirişlərin dərc olunduğu “Torpaq” qəzeti əhaliyə çatdırılmır
Bölgələrdə keçirilən torpaq hərracları barədə əhalinin məlumatlara əlçatanlığı sahəsində ciddi problemlər var. Belə ki, həmin məlumatlar yalnız məhdud dairələrdə şifahi şəkildə yayılır.
Lent.az-ın məlumatına görə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) eksperti Samir Əliyev torpaq hərracları prosesindəki problemlərə dair keçirilən mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, mövcud qaydalara əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi müsabiqə və hərracların keçirilməsi barədə bildirişləri KİV vasitəsilə yayılmasını təmin etməyə borcludur: “Amma komitə özünün “Torpaq” qəzetini təsis etməyi üstün tutdu. Düzdür, həmin qəzetdə torpaq və hərracların keçirilməsi barədə bildirişlər dərc edilir. Ancaq ayda 1000 nüsxə ilə çap olunan bu mətbu orqana əlçatanlıq aşağı səviyyədədir. Bizim apardığımız monitorinqdə məlum oldu ki, Bərdə rayonuna “Torpaq” qəzetinin cəmi 5, Salyana isə 7 nüsxəsi gedir. Bunları isə əsasən rayon torpaq şöbəsi və icra hakimiyyəti alır. Bu qəzet nə bələdiyyələrə, nə də sadə insanlara çatmır”.
Bundan başqa, Samir Əliyev bildirib ki, həmin qəzetdə dərci məcburi olan məlumatların bir qismi verilmir. Bunlar əsasən, torpağı müsabiqəyə və ya hərraca çıxarılan bələdiyyənin ünvanı, dövlət qeydiyyatından keçməsi barədə şəhadətnamənin nömrəsi, hərrac və müsabiqənin keçirilməsi şərtləri, iştirak üçün sənədlərin siyahısı, ərizə formalarından ibarətdir.
Elxan SALAHOV

Oxşar yazılar

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52