Beynəlxalq Enerji Agentliyindən həyəcanlı xəbərdarlıq
"Neft istehsal edən ölkələrin bu sahəyə lazım olan sərmayələri yatırmaması yaxın 5 ildə neft böhranına səbəb olacaq"
Yanacaq qıtlığı dünya iqtisadi böhranının uzanmasına səbəb ola bilər.
Lent.az-ın məlumatına görə, Beynəlxalq Enerji Agentliyinin baş mütəxəssisi Fatih Birol Böyük Britaniyanın aparıcı qəzetlərindən birinə verdiyi müsahibədə belə deyib. Onun sözlərinə görə, bir sıra dövlətlər müasir sivilizasiyaların arxalandığı neft ehtiyatlarının əvvəl düşünüldüyündən tez tükənməsinə biganə yanaşırlar.
Agentliyin eksperti hesab edir ki, qlobal neft istehsalı 10 ildən sonra öz zirvə nöqtəsini aşacaq. Onun sözlərinə görə, indiyədək həmin vaxta hələ 20 il qaldığı güman olunurdu. Lakin Beynəlxalq enerji Agentliyi dünyada 800 aparıcı neft yatağının və ya qlobal ehtiyatların 3/4 hissəsini vəziyyətini dəyərləndirib və məlum olub ki, neft hasilatı 2 il əvvəlki hesablama ilə müqayisədə 2 dəfə sürətlə aşağı düşməkdədir.
Fatih Birol bildirib ki, əsas problemlərdən biri neft istehsal edən ölkələrin bu sahəyə lazım olan sərmayələri yatırmamasıdır. Bu isə yaxın 5 ildə neft böhranına səbəb olaraq, qlobal iqtisadi sağalmaya ziyan vura bilər.
“Günlərin bir günü neft qurtaracaq. Neft bizimlə üzülüşməmiş, gərək biz neftlə üzülüşək. Özümüzü həmin günə hazırlamalıyıq, nə qədər tez olsa, bir o qədər yaxşıdır. İqtisadi və sosial sistemimiz neft üzərində durduğundan, bu dəyişməyə çoxlu vaxt və pul tələb olunacaq. Hətta əgər yanacağa tələbat sabiq qalarsa, dünyaya hazırkı hasilatı saxlamaq üçün 4 Səudiyyə Ərəbistanı lazım olacaq. 2030-cu ilə kimi tələbat gözlənilən kimi artsa isə 6" – deyə, Beynəlxalq Enerji Agentliyinin baş mütəxəssisi bildirib.
Elxan SALAHOV

Oxşar yazılar

"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49