"Biz Şahdəniz qazı uğrunda hərrac mübarizəsinin əvvəlindəyik"
“ARDNŞ Rusiyanın “Qazprom”şirkətinə öz qazını satır, əsas xarici şirkətlərin, xarici investorların ixracı üçün ayrılmış qazı yox. “Şahdəniz”in ikinci mərhələsində ildə 12 milyard kubmetr qaz istehsal etməlidir. Azərbaycan bildirib ki, bu qazın kommersiya bazarlarına çıxarılmasında maraqlıdır. Bu alıcı İtaliya, yaxud “Nabukko” qaz kəməri mövcud olanda Baumqartendəki qaz kompressor stansiyası ola bilər. Azərbaycan çox ehtiyatla hərəkət edərək, heç bir tərəf qarşısında birdəfəlik öhdəlik götürmür. Zənnimcə, biz “Şahdəniz” qazı uğrunda hərrac mübarizəsinin əvvəlindəyik”.
Lent.az-ın məlumatına görə, “Platss” enerji dərgisinin Xəzər regionu üzrə eksperti Con Roberts “BBC” radiosuna müsahibəsində belə deyib. Bununla belə, o qeyd edib ki, Azərbaycanın Rusiyaya satacağı qazın həcmi az olsa da, bu razılaşaşma çox mühümdür. Həm də ona görə ki, Azərbaycan və Rusiya arasında enerji ticarəti əlaqələrini gücləndirir.
Xatırladaq ki, Rusiya ilə Azərbaycan hökumətləri arasında imzalanmış son sazişə əsasən, ARDNŞ gələn ildən ilk olaraq, “Qazprom”şirkətinə yarım milyard kubmetr qaz satacaq. Bundan bir qədər əvvəl isə “Qazprom”şirkətinin rəhbərləri dəfələrlə Azərbaycan qazını tam həcmdə almağa hazır olduğunu demişdilər.
Elxan SALAHOV

Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34