Bakı aeroportu bu gündən gecə saatlarında fəaliyyətini dayandırır
Bu barədə «APA-ECONOMICS»ə «Azərbaycan Hava Yolları» QSC-dən (AZAL) bildirilib.
«Bakı şəhəri əhalisinin sosial müdafiəsini və gecə şəraitində normal istirahətini təmin etmək məqsədilə AZAL-ın prezidenti Cahangir Əsgərovun müvafiq əmri ilə iyul ayının 2-dən gecə saat 00:00-dan səhər saat 07:00-dək Bakı şəhərinin əsas hava limanı işləməyəcək. Artıq AZAL əməkdaşlıq etdiyi bütün xarici şirkətlərə bu barədə xəbərdarlıq edib və şirkətlərin uçuş qrafikləri dəyişdirilib», - deyə AZAL-dan bildirilib.
Qeyd edək ki, gecə saatlarında yalnız dövlət, sanitar, humanitar, qəza və bu kimi təyinatlı təyyarələrə uçmaq imkanı yaradılacaq.
Xatırladaq ki, Moskva-Bakı («Rossiya» aviaşirkəti), Bakı-Minsk («BelAvia» aviaşirkəti), İstanbul-Bakı («Turkish Airlines» aviaşirkəti), London-Bakı («BME» aviaşirkəti), Frankfurt-Bakı («Lufthansa» aviaşirkəti), Bakı-Riqa və Riqa-Bakı («Air Baltiya» aviaşirkəti) və s. aviareyslər üzrə uçuş və enmə saat 00:00–07:00 arasında yerinə yetirilirdi. Artıq şirkətlər uçuş qrafiklərində müvafiq dəyişikliklər edib.

Oxşar yazılar

“Nar” Quba və Mingəçevirdəki abunəçilərinin görüşünə gəlir!®
18 avqust 2022 , 17:35
“Azəri̇qaz”da növbəti̇ GÖRÜŞ OLACAQ
18 avqust 2022 , 16:01
Gənclər “Bakcell”in dəstəyilə öz biznesini quracaq ®
18 avqust 2022 , 15:58
Bunların enerji içkisi olmadığını bilirdiniz? - SİYAHI
17 avqust 2022 , 19:25
Bu rayonlarda QAZ OLMAYACAQ
17 avqust 2022 , 18:54
İdmançılara ayrılan vəsaitlər ödənilməyib - NAZİRLİYƏ İTTİHAM
17 avqust 2022 , 18:05
"Azercell"dən abunəçilərinə xəbərdarlıq®
17 avqust 2022 , 17:43