Azərbaycan qızılı satışa çıxarılır
Azərbaycanın «Gədəbəy» yatağından çıxarılmış ilk qızılın satışa bu ilin iyunun sonu və ya iyulun əvvəlində çıxarılması planlaşdırılır.
Bu barədə «APA-ECONOMICS»ə Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətindən (ABMƏŞ) məlumat verilib.
Artıq may ayının ortalarından «Gədəbəy» yatağında qızıl istehsalına başlanılıb. Birinci il ərzində yataqdan təxminən 70 min unsiya qızıl alınması planlaşdırılır.
İstehsalla yanaşı ABMƏŞ yatağın ərazisində yeni mədənlərin qazılması ilə də məşğul olacaq. Eyni zamanda digər kontrakt sahələri olan «Qoşa» (Tovuz) və «Ordubad» (Naxçıvan) sahələrində kəşfiyyat işlərini davam etdirəcək.
Ümumilikdə, 2015-ci ilə qədər «Gədəbəy» yatağından 300 min unsiyadan artıq qızıl istehsalı nəzərdə tutulur.
Xatırladaq ki, ABMƏŞ Hasilatın Pay Bölgüsü Sazişində iştirak edir. Mineral ehtiyatların istismarına dair bağlanmış bu 30 illik müqavilədə Azərbaycan hökumətinin iştirak payı 51%, Böyük Britaniyanın «Anglo Asian Mining Plc.» şirkətinin payı isə 49% təşkil edir. Şirkətə müqavilə əsasında 6 sahə verilib. Bu sahələrdən 1-i Naxçıvan MR-da, 1-i Tovuzda, 1-i Gədəbəydə, 3-ü isə işğal altında olan ərazilərdədir (Kəlbəcərdəki «Söyüdlü» (Zod), Ağdərədəki «Qızılbulaq» və Zəngilandakı «Vəcnəli» yataqları). Sazişin göstəricilərinə görə, bu yataqlardan təxminən 400 ton qızıl, 2500 ton gümüş və 1,5 mln. ton mis hasil etmək nəzərdə tutulub.
Qeyd edək ki, iyun ayının 24-nə dünya bazarında qızılın 1 unsiyasının qiyməti 923,9 ABŞ dolları, Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsi isə 740,2795 manat təşkil edir.

Oxşar yazılar

Qadınları Dəstəkləyən Dəb: Pinko Fəlsəfəsi
19 avqust 2025 , 17:21“Azərsun Holdinq”dən “Kaşalata” kafeyə dəstək
19 avqust 2025 , 11:57
“Unibank”ın yay kampaniyası avqustun 31-dək uzadılıb
19 avqust 2025 , 11:10
Bir Ecosystem showcased at the international “Ai4 2025” conference
19 avqust 2025 , 10:20
Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08