Bəzi sənaye malları bahalaşıb
Avqust ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 0,1 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən Lent.az-a bildiriblər ki, ötən ay ərzində maşın və avadanlıqlar istisna olmaqla emal sənayesində istehsalçı qiymətləri 17,2 faiz, ağacı emalı, ağacdan məmulatların və tıxacın istehsalı üzrə 3,8 faiz, geyim istehsalı üzrə 2,7 faiz artıb. Həmçinin qida məhsullarının istehsalı üzrə 1,7 faiz, rezin və plastmas məmulatların istehsalı üzrə 1,5 faiz, koks və təmizlənmiş neft məhsullarının istehsalı üzrə 1,3 faiz, içki istehsalı üzrə 1,1 faiz, mebellərin istehsalı üzrə 1,2 faiz, toxuculuq sənayesi üzrə 0,4 faiz, kimya sənayesi və tütün məmulatlarının istehsalı üzrə 0,3 faiz, digər qeyri-metal mineral məhsulların istehsalı üzrə 0,2 faiz bahalaşma qeydə alınıb.
Komitənin hesablamalarına görə, avqust ayında bəzi sənaye mallarının qiymətində ucuzlaşma da baş verib. Belə ki, kağız və karton istehsalı üzrə 1,0 faiz, poliqrafiya fəaliyyəti və yazılmış məmulatların daşıyıcılara çoxaldılması üzrə 0,5 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 0,1 faiz ucuzlaşıb. Bundan başqa, ötən ay mədənçıxarma sənayesində xam neft və təbii qaz hasilatı üzrə qiymətlər 0,6 faiz, mədənçıxarma sənayesinin digər sahələri üzrə isə 2,1 faiz azalıb.
Elxan SALAHOV

Oxşar yazılar

Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31
"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
1 iyul 2025 , 12:40
ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb
1 iyul 2025 , 10:45
"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44