“Statoyl-Azərbaycan”ın rəhbərliyi Rövnəq Abdullayevlə görüşüb
Bu gün ARDNŞ-in baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev “Statoyl-Azərbaycan” Şirkətinin rəhbərliyini qəbul edib.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Statoyl-Azərbaycan” şirkətinin prezidenti Kristian Hausken bildirib ki, Azərbaycandakı səlahiyyət müddəti başa çatmaq üzrədir.
Kristian Hausken “Statoyl-Azərbaycan” Şirkətinə 2007-ci ilin əvvəllərindən rəhbərlik etdiyini və bu müddətdə ARDNŞ ilə hərtərəfli və etibarlı tərəfdaşlıq münasibətlərinin inkişaf edib dərinləşməsi üçün əlindən gələni əsirgəmədiyini söyləyib.
Rövnəq Abdullayev “Statoyl-Azərbaycan” Şirkəti ilə istər “Azəri-Çıraq-Günəşli”, istərsə də “Şahdəniz” layihələri üzrə səmərəli əməkdaşlıq münasibətlərinin qurulduğunu bildirib və bu münasibətlərin hazırkı mərhələyə çatmasında Kristian Hauskenin xidmətlərini yüksək qiymətləndirib.
Sonra “Statoyl-Azərbaycan” Şirkətinin prezidenti Kristian Hausken öz sələfini, görüşdə iştirak edən Lars Sorenseni ARDNŞ rəhbərliyinə təqdim edib, onun istər mühəndis, istərsə də menecer kimi böyük təcrübəyə malik olduğunu dilə gətirib. “Statoyl-Azərbaycan” Şirkətinin yeni təyin olunmuş prezidenti Lars Sorensen indiyə qədərki əmək fəaliyyəti haqda məlumat verib və Azərbaycana təyin olunmasından şad olduğunu söyləyib.
Görüşün sonunda Rövnəq Abdullayev Kristian Hauskenə ARDNŞ-in xatirə hədiyyələrini təqdim edib.

Oxşar yazılar

Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52
Bakının bu rayonlarında QAZ OLMAYACAQ
14 avqust 2025 , 09:36
Bitkoin tarixi rekordunu yenilədi
14 avqust 2025 , 04:30
“Azərişıq” yenidən TƏŞKİL EDİLİR
13 avqust 2025 , 12:22