Müşfiq Əmirov: “Son 5 ildə 799 milyon manatlıq investisiya layihələri həyata keçirmişik” - MÜSAHİBƏ
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaranmasından 5 il ötür. Bu müddət ərzində informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunu Azərbaycanda ən çox inkişaf etmiş sahə saymaq olar. İKT sektorunun neft sənayesindən sonra Azərbaycanda ən gəlirli sahəyə çevrildiyi də göz önündədir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Müşfiq Əmirov Lent.az-a müsahibəsində qurumun 5 illik fəaliyyətindən danışıb:
- Son 5 il ərzində İKT və poçt sektorunda istehsal olunmuş məhsulun və göstərilmiş ümumi xidmətlərin həcmi 3,2 milyard manat, göstərilmiş xidmətlər üzrə orta illik artım 32,1 faiz olub. 2008-ci il ərzində İKT və poçt sektorunda əldə olunan gəlirlərin həcmi 2003-cü illə müqayisədə 4 dəfə artaraq 990,5 milyon manata çatıb. Bu illər ərzində sektor üzrə ümumilikdə 799 milyon manat həcmində investisiya layihələri həyata keçirmişik.
- Rabitə sənayesinin qeyri-neft sektorunda birinci yerdə olması barədə məlumatlar tez-tez səsləndirilir. Bu, doğrudanmı belədir?
- 2003-cü ildə sektor üzrə əldə olunan gəlirin 65,8 faizi qeyri-dövlət rabitə müəssisələrinin payına düşürdüsə, hazırda bu rəqəm 80,3 faizdir. Prezident İlham Əliyevin ölkədə yeni iş yerlərinin açılması və işsizliyin aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, rabitə və informasiya texnologiyaları sahəsi üzrə 2003-2008-ci illər ərzində 5500-dən artıq yeni iş yerləri açılıb. Ötən 5 il ərzində rabitəçilərin əmək haqları 3 dəfədən çox artıb. Bu müddətdə 987 846 nömrə tutumlu yeni ATS-lər istifadəyə verilib, ümumi istifadəli sabit telefon şəbəkəsinin tutumu 1505 841 nömrəyə çatdırılıb. Ötən 5 ildə ən yeni texnologiyaların tətbiqi genişləndirilib və indi respublikanın 23 şəhər və rayonunun telefon şəbəkələri yenidən qurularaq tam elektronlaşdırılıb. Respublika telefon şəbəkəsində elektron ATS-lərin xüsusi çəkisi 2004-cü il 1 yanvar tarixə 48,7 faiz təşkil etdiyi halda, bu il yanvarın 1-i tarixə 83,1 faizə çatıb. 2003-2008-ci illər ərzində sabit şəbəkə telefonlarından istifadə edən abunəçilərin sayı 394 862 nəfər artaraq 1 318 662 nəfərə, mobil şəbəkə abunəçilərinin sayı 4 842 900 nəfər artaraq 5 900 000 nəfərə çatdırılıb. Hər 100 nəfər əhaliyə düşən mobil abunəçilərin sayı 2003-cü ildə 12,8 ədəd təşkil etdiyi halda, indi bu rəqəm 68 ədəddir. Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən sabit şəbəkə telefonlarının sayı 2004-cü il yanvarın 1-də 11,5 ədəd, bu il yanvarın 1-də isə 15,5 ədəd təşkil edib. Bu illər ərzində hər 100 ailəyə düşən sabit şəbəkə telefonlarının sayı 49,0 ədəddən 65,8 ədədə qədər artıb. Beynəlxalq telefon kanallarının sayı 2004-cü illə müqayisədə 1616 ədəd artaraq, 4919 ədədə çatdırılıb.
- Bəs, rabitə sahəsində yeni texnologiyaların tətbiqi vəziyyəti nə yerdədir?
- 2004-2008-ci illərdə 1243 kilometr uzunluğunda fiber-optik kabel magistralları və xətləri tikilərək istifadəyə verilib, TAE fiber-optik kabel magistralının Azərbaycan seqmentlərinə birbaşa qoşulan telekommunikasiya qovşaqlarının sayı 33-dən 50-yə çatıb. CDMA texnologiyalı simsiz telefon rabitəsi xidmətlərinin əhatə dairəsi respublika əhalisinin 50 faizdən çoxunun yaşadığı ərazini əhatə etmiş və abunəçilərinin sayı 20000-i keçib. Əminliklə deyə bilərəm ki, MDB ölkələri arasında və regionda ilk dəfə “Yeni nəsil şəbəkələri (NGN)” texnologiyası məhz Bakı şəhər telefon sistemində tətbiq olunub və 3 xidmətin - telefon rabitəsi, televiziya və radio proqramlarının, sürətli internetin eyni vaxtda bir telefon xətti ilə istifadəçilərə verilməsinə başlanıb. Hazırda respublikanın digər regionlarında da NGN texnologiyasının tətbiqinə başlanıb. Bundan başqa, 2003-cü ildə genişzolaqlı şəbəkə xidmətləri yalnız Bakıda göstərilirdisə və bu xidmətdən cəmi 16 abunəçi istifadə edirdisə, indi respublikanın digər şəhər və rayonlarında 43000 abunəçi genişzolaqlı şəbəkə xidmətlərindən istifadə edir.
- İnternet xidmətləri sahəsindəki beş illik fəaliyyəti qaneedici saymaq olarmı?
- Son 5 ildə bu sahədədə də ciddi irəliləyişlər olub. 2004-cü ildə respublikanın bütün bölgələrini əhatə edən “Aztelekom.net” internet provayderi yaradılıb və Gəncə, Şəki, Quba, Lənkəran, Mingəçevir, Sumqayıt şəhərlərində provayderin xidmət mərkəzləri istifadəyə verilib. Bununla da respublikanın istənilən bölgəsindən yüksəksürətli qlobal şəbəkəyə qoşulma imkanlığı təmin edilib. 2006-cı ildən bütün ölkəni əhatə edən 10 Gbit sürətli magistral rəqəmsal “AZDATAKOM” şəbəkənin qurulmasına başlanıb, nəticədə Bakıda 10 Gbs həcmində “AzDATAKOM” şəbəkəsi yaradılıb. Hazırda isə regionlarda 1 Gbs həcmində “AzDATAKOM” şəbəkəsinin yaradılması üzrə işlər davam etdirilir. 2008-ci ilin yekunlarına görə, əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 7,5 ədədə, internet istifadəçilərinin sayı 37,0-ə çatıb ki, bu da 2005-ci illə müqayisədə müvafiq olaraq 3,3 və 4,6 dəfə çoxdur. Son 5 il ərzində ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti 40 dəfə artırılaraq 6 GB/saniyəyə çatdırılıb. Azərbaycandan beynəlxalq internet şəbəkəsinə informasiya ixracının həcmi 25 dəfə, idxalının həcmi isə 17 dəfə artıb.
- Çoxları belə düşünür ki, indi Azərbaycanda poçt xidmətləri sovet dövründə olduğundan çox-çox zəifdir...
- İndi Azərbaycanda poçt qutusu olmayan kəndlərdə də yeni poçt qutularının quraşdırılması prosesi gedir. Bu istiqamətdə görülmüş tədbirlər nəticəsində poçt qutularının ümumi sayı 1217-dən 3714 ədədə çatıb. 2004-2008-ci illər ərzində “Azərpoçt” DM-in xidmət şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində əsaslı tədbirlər həyata keçirilib. Ümumiyyətlə, poçt xidmətlərinin yaxşılaşması istiqamətində ötən 5 ildə çox böyük işlər görülüb. Məsələn, 2004-cü ildə EMS göndərişləri üzrə, 2006-cı ildən isə bağlamalar üzrə “IPS Light” beynəlxalq poçt əməliyyatları sisteminə qoşulub. Hazırda Azərbaycan poçtu Ümumdünya Poçt İttifaqının yuxarıda sadalanan sistemləri əsasında 7 ölkə ilə elektron pul baratları mübadiləsini, 50-dən artıq ölkə ilə beynəlxalq bağlamalara, 100-dən artıq ölkə ilə isə beynəlxalq EMS göndərişlərinə dair müvafiq elektron məlumatlar mübadiləsini təşkil edir. 2005-ci ildə Dünya Bankı ilə Azərbaycan hökuməti arasında poçt sahəsində “Maliyyə xidmətlərinin inkişafı” layihəsi üzrə 12,25 milyon dollar məbləğində “İnkişaf krediti haqqında Saziş” imzalanıb və bununla poçt şöbələri vahid kompüter şəbəkəsində birləşdiriləcək. Poçt şəbəkəsinin iqtisadi durumunun yaxşılaşdırılması və rəqabətə davamlılığı, pul köçürmələrinə sərf olunan xərclərin azalması, regionlarda sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması təmin ediləcəkdir. Bu sahədə işlər uğurla davam etdirilir.
- “Xalq kompüteri” layihəsi də son beş ilin ən iri layihələri sırasına aid etmək olarmı?
- 2005-ci ildə ölkə ərazisində informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi üçün kompüter texnikasına və kommunikasiya avadanlıqlarına olan tələbatın ödənilməsi məqsədilə elektron avadanlıqları istehsal edən “Kür” MMC tikilib istifadəyə verilib. Hazırda ölkə ərazisində kompüter avadanlığı istehsal edən 3 müəssisə fəaliyyət göstərir. Həmçinin son illər İKT sahəsində milli kadrların hazırlanması istiqamətində də müəyyən işlər görülüb. Dünyanın bir çox tanınmış universitetləri - ABŞ-ın Corc Meyson, Kaliforniya və San-Xose, İsveçin Çalmers İnformasiya Texnologiyaları və Höteborq İnformasiya Texnologiyaları universitetləri, Odessa Milli Rabitə Akademiyası ilə RİTN arasında əməkdaşlıq haqqında imzalanmış sənədlərə əsasən gənclərimiz xaricdə İKT ixtisasları üzrə təhsil almaq imkanı əldə ediblər. Respublikada informasiya texnologiyalarının nüfuzetmə səviyyəsini artırmaq, əhalini güzəştli şərtlərlə kompüterlərlə təmin etmək, həmçinin yerli istehsalı genişləndirmək məqsədilə RİTN-in təşəbbüsü ilə “Microsoft” və “İntel” şirkətləri ilə birgə “Xalq kompüteri” layihəsi üzrə işlər davam etdirilib. Bu illər ərzində artıq ənənəyə çevrilmiş və region üçün geniş əhəmiyyətə malik olan telekommunikasiya və informasiya texnologiyaları üzrə "Bakutel" sərgiləri keçirilib. Respublikada informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, xüsusilə də regionlarda internet xidmətlərinin inkişaf etdirilməsi məqsədilə 2004-cü ildə internet şəbəkəsindən istifadəyə görə abunəçilərdən alınan aylıq istifadə haqları ləğv edilib.
- Tariflər barədə nə deyə bilərsiniz?
- Son 5 ildə beynəlxalq danışıq tarifləri təxminən 3 dəfə, radiotezliklərdən istifadə haqları 38 faiz, radio və televiziya yayımı tarifləri 35-60 faiz, respublika ərazisində təşkil olunan rəqəmsal kanalların qoşulma və aylıq istifadə haqları 90 faiz, şəhərlərarası fiziki kanallardan istifadə haqları isə 20 faiz aşağı salınıb. Tarif Şurasının 30 dekabr 2008-ci il tarixli iclasında qəbul olunmuş qərara əsasən, şəhərdaxili rəqəmsal kanalların qoşulma haqqına 50 faaiz, aylıq istifadə tariflərinə 6,3 faaiz, respublika daxilində təşkil olunan rəqəmsal rabitə kanallarının qoşulma haqqına və hər tam və natamam 50 kilometr məsafəyə görə 2 Mbit/san tutumundan istifadə tariflərinə 16,7 faaiz endirilib. Bu qərar internet xidmətlərinin maya dəyərinin azalmasına və bu da nəticədə internet provayderlər tərəfindən son istifadəçilər üçün internet xidməti tariflərinin təqribən 20-30 faiz aşağı salınmasına imkan yaradacaqdır. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın icrasının təmin edilməsi, eləcə də təhsil müəssisələrində İKT-nin tətbiqinin genişləndirilməsi və internetə çıxışın təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə, “Teleradio” İB-yə məxsus bina, sahə və qüllələrdə kənar təşkilatlara məxsus avadanlıqların yerləşdirilməsi və xidmət göstərilməsinə görə aylıq tariflər”inə fiziki xətlə telefonlaşdırılması mümkün olmayan ərazilərdə yerləşən təhsil müəssisələri üçün 80 faiz güzəşt tətbiq edilib.
Elxan SALAHOV

2649