Bakıda 7 minlik qızıl  oğurlayan qadın   saxlanıldı
07 noyabr 2025 12:59 (UTC +04:00)

Bakıda 7 minlik qızıl oğurlayan qadın saxlanıldı

0

Bakının Səbail rayonu ərazisində yerləşən evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Lent.az xəbər verir ki, rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı A.Nəcəfova müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində daha bir oğurluq hadisəsi zamanı pul və mobil telefon oğurlamaqda şübhəli bilinən 62 yaşlı C.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.

Abşeron rayonunda isə bir evdən qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı E.Əliyevin saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 472

Oxşar yazılar