Mauro İkardini  öldürmək istədilər:   Görün kim mane oldu
07 noyabr 2025 19:20 (UTC +04:00)

Mauro İkardini öldürmək istədilər: Görün kim mane oldu

0

Futbol dünyasında ən çox haqqında danışılan qalmaqallardan biri olan Vanda Nara-Mauro İkardi-Maksi Lopes üçbucağı illərdir davam edən mübahisələrdən sonra yenidən ortaya çıxıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hadisə ilə bağlı danışan keçmiş argentinalı futbolçu Qonzalo Berqessio iddia edib ki, Siciliya mafiyası Maksi Lopesə görə İkardidən qisas almağa çalışıb.

2008-ci ildə evlənən Maksi Lopes və Vanda Nara, 2013-cü ildə Lopesin komanda yoldaşı Mauro İkardi ilə bağlı yaşanan sevgi qalmaqalından sonra yollarını ayırıblar. Bu hadisə futbol dünyasında böyük əks-səda doğurub və Vanda Nara ilə İkardi 2014-cü ildə evləniblər.

Qalmaqal illər sonra yenidən üzə çıxıb və keçmiş argentinalı futbolçu Qonsalo Berqessio Siciliya mafiyasının Maksi Lopesə görə İkardidən qisasını almağa çalışdığını iddia edib.

Berqessio “DSports Radio”nun Más de una Copa proqramında deyib: "Onlar Maksiyə deyiblər: “İstəsən, həmin oğlanı izləyə bilərik”. Maksi deyib: “Xeyr, xeyr, gəlin burada bitirək”.

Berqessio hadisənin şəxsən şahidi olduğunu bildirərək deyib: "Mən orada idim, heç kim mənə demədi. Onlar həqiqətən də onu tutmaq istəyirdilər. Maksinin onun həyatını xilas edib-etmədiyini soruşsanız, sözün əsl mənasında “bəli” deyər".

Digər bir futbolçu Pablo Alvares Berqessionun iddialarını təsdiqləyərək, tanınmış yerli cinayətkarın İkardini müqaviləsini yeniləmədən klubdan ayrılmağa birbaşa məcbur etdiyini iddia edib.

Vanda Nara və İkardinin evliliyi 2025-ci ildə başa çatsa da, bu qadağan olunmuş sevgi hekayəsi futbol dünyasının yaddaşında həkk olunub. İllər keçməsinə baxmayaraq, mafiya ilə bağlı bu iddialar hadisəni yenidən manşetlərə çıxarıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar