Əri həbs olunan qadın özünü 22-ci mərtəbədən atdı
07 noyabr 2025 16:27 (UTC +04:00)

Əri həbs olunan qadın özünü 22-ci mərtəbədən atdı

0

Rusiyanın Leninqrad vilayətində qadın özünü binadan atıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Novosaratovka qəsəbəsindəki Pervıx küçəsində yerləşən çoxmərtəbəli binada qeydə alınıb.

Qadının özünü 22-ci mərtəbədən atması onun ölümünə səbəb olub.

Mərhumun yaşadığı mənzilə baxış zamanı hüquq-mühafizə orqanları şübhəli əşyalar aşkar ediblər. İstintaqçılar ağ toz şəklində maddə tapıblar ki, bu da ehtimal olunur narkotik vasitə olub, həmçinin bir şpris aşkarlanıb.

İlkin məlumata görə, qadının biləklərində kəsik izləri olub. İstintaqa yaxın mənbələrin məlumatına əsasən, onun həyatında ciddi çətinliklər və depressiya olub. Belə ki, bu ilin yazında məhkəmə onun ərini qadağan olunmuş maddələrin yayılmasında təqsirli bilib və həbs cəzası təyin edib.

Qadının ölümündən sonra onun 15 yaşlı oğlu tək qalıb. Hazırda onun gələcək taleyi ilə bağlı məsələ araşdırılır.

Hadisənin bütün səbəbləri və şəraiti müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 484

Oxşar yazılar