Gürcüstanda sifarişli qətlin qarşısı alınıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze brifinqdə bildirib.
Saxlanılan 18 yaşlı şəxs kriminal avtoritet Elmuraz Məmmədovun göstərişi əsasında Laqodexi rayonunun Qabal kəndinin sakinini qətlə yetirməli olub.
Qətli sifariş edilən şəxs Məmmədovun təhdidlə tələb etdiyi 200 min dolları ödəməkdən imtina edib.
Axtarış zamanı saxlanılan şəxsin üzərindən Makarov sistemli tapança müsadirə olunub. O, günahını etiraf edib.
Elmuraz Məmmədov barəsində bir sıra cinayət işləri üzrə istintaq aparılır. Son aylar ərzində ona müxtəlif işlər üzrə qiyabi ittihamlar irəli sürülüb.
Məmmədovun İnterpolun "qırmızı xətti" ilə axtarışda olduğu və xaricdə gizləndiyi bildirilib. Saxlanılması üçün Gürcüstanın hüquq-mühafizə orqanları intensiv iş aparırlar.