ABŞ-da hamilə qadın at tərəfindən təpikləndikdən sonra ölüb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, faciəvi hadisə Men ştatının Lisbon şəhərində baş verib. 33 yaşlı qadın Beverli Qlik tövlədə inək sağarkən yaxınlıqda iki at dalaşmağa başlayıb. Onlardan biri qadının başının arxasına təpik vurub.
Dərhal xəstəxanaya yerləşdirilməsinə baxmayaraq, həkimlər zərərçəkənin və onun bətnindəki uşağının öldüyünü elan ediblər. Qlik yeddi aylıq hamilə idi.