İrem Dericiyə Hollandiyada hücum etdilər
07 noyabr 2025 18:31 (UTC +04:00)

İrem Dericiyə Hollandiyada hücum etdilər

0

Müğənni İrem Derici və nişanlısı DJ Melih Kunukçu, "Ayaks" – "Qalatasaray" oyununu izləmək üçün getdikləri Amsterdamda hücuma məruz qalıblar.

Lent.az xəbər verir ki, bu barədə müğənni özü sosial media hesabında paylaşım edib. O bildirib ki, bir neçə aqressiv şəxs onlara hücum edib, qarşıdurma zamanı dırnaqları qırılıb, əlləri ağrıyıb və bu səbəbdən matça qatıla bilməyib.

Hadisədən sonra polis onlara “otağınıza gedin, bu axşam çıxmayın” deyib. Müğənni yaşananların onu psixoloji olaraq sarsıtdığını və yaxınlaşan Gaga konsertinə motivasiyasını itirdiyini vurğulayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar