"Milli Qəhrəman" adı verilən Vaqif Qurbanov kimdir? - Ölümü falçılardan soruşulan ŞƏHİD
07 noyabr 2025 18:21 (UTC +04:00)

"Milli Qəhrəman" adı verilən Vaqif Qurbanov kimdir? - Ölümü falçılardan soruşulan ŞƏHİD

0

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin ilk hərbi təyyarəçisi baş leytenant Qurbanov Vaqif Bəxtiyar oğlunun ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Lent.az Vaqif Qurbanovun bioqrafiyasını təqdim edir: 

Vaqif Qurbanov harada anadan olub?

Vaqif Qurbanov 30 dekabr 1967-ci ildə Bakıda anadan olub. Əslən isə Tovuz rayonunun Qovlar kəndindəndir. 

Vaqif Qurbanov harada təhsil alıb?

Vaqif Qurbanov 1989-cu ildə Borisoqlebsk Ali Hərbi Aviasiya Məktəbini bitirib. Təhsilini başa vurduqda sonra SSRİ Hərbi Hava Qüvvələrində, daha dəqiq Əfqanıstan müharibəsi zamanı təşkil edilmiş və "Su-25" təyyarələri ilə komplektləşdirilmiş, Sitalçaydakı Aviasiya polkunda zabit kimi xidmətə başlayıb. Daha sonra isə Azərbaycan ərazisindəki aviasiya alaylarından birində xidmət edib. Gəncə, Yevlax, Kürdəmirdə hərbi alayların yaradılmasında yaxından iştirak edib.

Vaqif Qurbanov nə vaxt şəhid olub?

Azərbaycanın ilk hərbi təyyarəçisi olan baş leytenant Vaqif Qurbanov Birinci Qarabağ müharibəsi zamanı, 1992-ci ildə şəhid olub. 

Vaqif Qurbanov hansı şəraitdə şəhid olub?

13 iyun 1992-ci ildə Vaqif Qurbanov Goranboy-Ağdərə istiqamətində üç döyüş uçuşu keçirir. Qurbanovun idarə etdiyi Su-25 təyyarəsi saat 4–5 radələrində erməni silahlı qüvvələri tərəfindən Naxçıvanik–Əsgəran yaxınlığında "Şilka" deyilən qurğu ilə vurulur. Şahidlərin söylədiyinə görə, həmin anlar Vaqif Qurbanov paraşütlə atıla bilir, lakin düşmən onu yerdən atəşlə vurur. Azərbaycan tərəfi Vaqifi düşmən əlindən almaq üçün hücuma keçsə də, artıq gec olur.

Ancaq Vaqifin sağ olub-olmaması haqda dəqiq məlumat bilinmir. Şayiə yayılır ki, Vaqif minalanmış əraziyə düşüb. Kəşfiyyat dəstəsi həmin yerə yollansa da, əliboş dönür. Belə bir söz-söhbət də gəzir ki, guya Vaqif sağ qalıb, Ağdam xəstəxanasına gətirildikdən sonra naməlum istiqamətə aparılıb.

Dostu Fuad Məmmədova xəbər çatır ki, onu yaralı vəziyyətdə Zabrat aeroportunda görüblər. Lakin bu məlumatlardan heç biri təsdiqini tapmır.

O zaman Əsir, İtkin və Girov Düşmüş Vətəndaşlarla İş üzrə Dövlət Komitəsinin sədri Namiq Abbasovun göstərişi ilə Vaqif Qurbanovla bağlı araşdırma aparılır. Amma bu da bir nəticə vermir. Son ümid yeri kimi ailə üzvləri və dostu Fuad Məmmədov ekstrasens və falçı yanına da gedirlər. Nə qədər qəribə olsa da, heç bir "görücü" onun öldüyünü demir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 434

Oxşar yazılar