Tiktoker Cəsarət Cavadov həbs edildi
07 noyabr 2025 16:09 (UTC +04:00)

Tiktoker Cəsarət Cavadov həbs edildi

0

Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıqca hörmətsizlik edən, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxslərə qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.

Lent.az-ın əldə etdiyi məlumata görə, qeyd edilən əməllərə yol verən sosial şəbəkədə “pajiznicesi” səhifəsi işlədən 1998-ci il təvəllüdlü Cəsarət Cavadov Xəzər RPİ 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıb.

Onun barəsində məhkəmənin qərarı ilə 60 sutka inzibati qaydada həbs qərarı verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 514

Oxşar yazılar