20 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI
Bakıda və 4 rayonda vaxtı ötmüş 400 kiloqram məhsul məhv edilib
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Bu dəfə yoxlamalar Bakı şəhərini, eləcə də İmişli, Xaçmaz, Masallı və Bərdə rayonlarını əhatə edib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı 14 mağazanın hər birində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Mağazaların böyük əksəriyyəti yenə də paytaxt Bakının payına düşür. Həmin mağazaları bunlardır:
Bakının Binəqədi rayonunda
- M.K.Atatürk prospekti, ev 64 ünvanında yerləşən “İlkin market”də;
- S.Məmmədova küçəsi, ev 91 ünvanında yerləşən “Universal market”də;
- 7-ci mikrorayon, 1260-cı keçiddə yerləşən “Ruslan market”də;
- 9-cu mikrorayon, H.Babaşov dairəsində yerləşən “Ulduzlu market”də;
- Dərnəgül qəsəbəsində yerləşən “Tayqa market”də;
- Ə.Naxçıvani küçəsi, ev 5a ünvanında Ayaz Vəliyevə məxsus mağazada;
- H.Hüseynov küçəsi, 23B ünvanında yerləşən “Orxan market”də;
Nəsimi rayonunda
H.Əliyev küçəsi, 15 ünvanında Dəyanəddin Hadıyevə məxsus mağazada;
3-cü mikrorayon, H.B.Əliyev küçəsi, ev 18 ünvanında yerləşən “Aləm market”də;
Sabunçu rayonunda
- Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 72 ünvanında Qadir Yusifova məxsus topdansatış obyektində;
- Bakıxanov qəsəbəsi, Gənclər küçəsi, 1A ünvanında yerləşən “Anar market”də;
- Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi, ev 1BE ünvanında yerləşən “Şərur market”də;
- Bakıxanov qəsəbəsi, keçid 949, ev 76 ünvanında Taryel Quliyevə məxsus topdansatış obyektində;
- Bakıxanov qəsəbəsi, M.Fətəliyev prospekti, ev 35/1 ünvanında yerləşən “Nərmin market”də;
- Ə.Məmmədəliyev küçəsi, 9 ünvanında yerləşən “Fidan market”də;
İmişli şəhərində
- H.Əliyev prospektində Mərziyyə Cavadovaya məxsus mağazada;
Xaçmaz rayonunda
- Müqtədir qəsəbəsində Nargilə Orucovaya məxsus mağazada;
Masallı rayonunda
- Seybətin kəndində Adəm Yaqubova məxsus mağazada;
Bərdə şəhərində
- Nizami küçəsində Elşən Rüstəmova məxsus mağazada.
Monitorinq zamanı ümumi çəkisi 400 kiloqram olan saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Kolbasa məmulatları, makaron və un məmulatları, süd və süd məhsulları, qənnadı məmulatları, bal, yağlar, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, mineral sular, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və digər məhsullardan ibarət saxta məhsulların hamısı məhv edilib.
Elxan SALAHOV

617