Türklərin ən çox sərmayə yatırdığı ikinci ölkə Azərbaycandır
Son illərdə Türkiyə vətəndaşı olan iş adamlarının xarici ölkələrə sərmayə yatırımının məbləği artıb. Lent.az-ın “haberciniz.biz”ə istinadən verdiyi məlumata görə, Xəzinə Katibliyindən bildirilib ki, hazırda 3 271 türk firmasının xarici ölkələrdəki yatırımlarının məbləği 17 milyard 310 milyon dollardır.
Türk iş adamlarının ən çox sərmayə yatırdıqları sahələr isə enerji sektoru və bank sahəsidir.
Son məlumata görə, türk firmalarının ən çox sərmayə yatırdığı ölkə Hollandiyadır: 4,8 milyard dollar. Sırada ikinci gələn Azərbaycandır: 3,8 milyard dollar. Növbəti yerləri Malta (1,4 milyard dollar), Almaniya (726 milyon dollar) tutur.
Türk pullarının yatırıldığı ölkələr arasında Avropa ölkələri, Rusiya, ABŞ, Çinlə yanaşı, Əfqanıstan, Anqola, Efiopiya, Qana, Kolumbiya kimi ölkələr də var.
Türkiyəyə yatırılan xarici sərmayələrin həcmi isə 80 milyard dolları keçib.

Oxşar yazılar

Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52
Bakının bu rayonlarında QAZ OLMAYACAQ
14 avqust 2025 , 09:36