İqtis
Azərbaycan Türkiyə üzərindən Naxçıvana qaz ixrac edəcək
İyulun 18-də ARDNŞ və Türkiyənin BOTAŞ şirkəti Naxçıvana qaz ixracı barədə bəyannamə imzalayıblar.
Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, sazişə ARDNŞ şirkətinin prezidenti Rövnəq Abdullayev və BOTAŞ şirkətinin baş direktoru Fazil Şenel imza atıblar.
Bəyannamə Türkiyə üzərindən Naxçıvana Azərbaycan qazının ixracını nəzərdə tutur. Azərbaycan “Şahdəniz 1” layihəsi çərçivəsində Türkiyəyə verdiyi qazın miqdarını 500 milyon kubmetr artıracaq və bu qaz İğdır üzərindən Naxçıvana ötürüləcək.
Enerji və təbii qaynaqlar naziri Taner Yıldız bunu üçün 180-200 kilometr uzunluqda boru xəttinin çəkiləcəyini söyləyib. Anlaşmanın detalları ARDNŞ və BOTAŞ şirkətinin aparacağı müzakirələr zamanı aydın olacaq.
Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız deyib ki, Bakı-Tiflis-Qars dəmir yolu da Naxçıvana qədər uzadılacaq.

Oxşar yazılar

Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52
Bakının bu rayonlarında QAZ OLMAYACAQ
14 avqust 2025 , 09:36