Bakı-Lvov aviareysi bərpa olundu
İyunun 14-də Lvov-Bakı-Lvov marşrutu üzrə birbaşa sərnişin aviareysləri bərpa olunub.
«APA-ECONOMICS»in məlumatına görə, bunu Ukraynanın «Lvovskiye avialinii» şirkətinin Azərbaycandakı nümayəndəsi Əziz Əliyev bildirib.
Onun sözlərinə görə, Lvov-Bakı-Lvov aviayresi hələ ötən ilin sentyabr ayının 3-də açılıb. Lakin sonradan Ukraynada A/H1N1 virusunun («donuz qripi») yayılması ilə bağlı yaranan təşvişə görə uçuşlar dayandırılıb: «Ötən ilin sentyabr ayının 3-dən 3 ay müddətində yerinə yetirilən Lvov-Bakı aviareysi üzrə 11 uçuş həyata keçirilib ki, sonradan uçuşlar dayandırılıb. Lakin iyunun 14-dən tələbatı nəzərə alaraq, biz Bakı-Lvov aviareysini bərpa edirik».
Ə.Əliyev onu da bildirib ki, əgər ötən il Lvov-Bakı aviareysi üzrə uçuşlar «Yak-42» tipli avialaynerlə yerinə yetirilirdisə, bu il uçuşlar yeni alınmış «Boeing-737» təyyarələri ilə həyata keçiriləcək: «İlk öncə biz bu aviareysi iyunun 20-25-də bərpa etmək niyyətində idik, lakin sərnişinlərin istəyini və bu aviareysə olan tələbatı nəzərə alaraq Lvov-Bakı reysini iyunun 14-dən bərpa edirik. İlk aviareysin «Yak-42» tipli təyyarəsi ilə yerinə yetirilməsinə baxmayaraq, sonrakı bütün uçuşlar «Boeing-737» təyyarəsi ilə həyata keçiriləcək. Hər iki istiqamətdə bir aviabiletin qiyməti təxminən 400 manat təşkil edir».
Qeyd edək ki, Bakıdan Lvova uçuşlar həftənin bazar günləri saat 09:00-da yerinə yetiriləcək. Sonradan şirkət aviareyslərin sayını artırmaq niyyətindədir.

Oxşar yazılar

Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52
Bakının bu rayonlarında QAZ OLMAYACAQ
14 avqust 2025 , 09:36