28 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI
27 may 2010 20:00 (UTC +04:00)

28 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI

Saxta məhsulların çoxu paytaxt mağazalarının payına düşür

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Bu dəfə yoxlamalar Bakı və Gəncə şəhərində, eləcə də Zaqatala və Quba, rayonlarını əhatə edib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı 18 mağazanın hər birində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Mağazaların böyük əksəriyyəti yenə də paytaxt Bakının payına düşür. Həmin mağazaları bunlardır:

Bakının Binəqədi rayonunda:

- İ.Həşimov küçəsi, ev 4A, mənzil 108 ünvanında yerləşən “Vüqar market”də;

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində:

- M.Fətəliyev prospekti, ev 35A, mənzil 2 ünvanında Yaqub Ağayeva məxsus mağazada;
- M.Fətəliyev prospekti, ev 29, mənzil 1 ünvanında Ramiz Hümbətova məxsus mağazada;
- E.Xəlilov küçəsi, ev 1 ünvanında yerləşən “Ekonom market”də;
- 4090/94-cü məhəllə, ev 2/10 ünvanında yerləşən “Arzu market”də;
- R.Qəmbərov küçəsi, ev 24 ünvanında Maqsud Həsənova məxsus mağazada;

Nərimanov rayonunda:

- Y.V.Çəmənzəminli küçəsi, ev 127 ünvanında Rauf Atakişiyevə məxsus mağazada;

Nizami rayonunda:

- R.Rüstəmov küçəsi, ev 27 ünvanında yerləşən “Antep Lahmacun” ictimai-iaşə obyektində;
- Şərq küçəsi, 41 ünvanında yerləşən “Toğrul market”də;

Yasamal rayonunda:

- Yeni Yasamal, 2 ünvanında yerləşən “Flaminqo market”də;
- Ə.Haqverdiyev küçəsi, ev 7, mənzil 31 ünvanında yerləşən “Elçin market”də;
- Ə.Qasımzadə küçəsi, ev 22 ünvanında Güllüzar Nəsirovaya məxsus mağazada;
- Ə.Qasımzadə küçəsi, ev 22 ünvanında Asif Məmmədova məxsus mağazada;
- Şahbazi küçəsi, ev 99 ünvanında Eyyub Qafarova məxsus mağazada;
- Z.Xəlilov küçəsi, ev 60 ünvanında Zəki Haciyevə məxsus mağazada;
- General A.Abbasov küçəsi, ev 22 ünvanında yerləşən “Ayaz market”də;

Abşeron rayonunda:

- Masazır qəsəbəsi, Masazır şossesində yerləşən “Aqil market”də;
- Masazır qəsəbəsində yerləşən “Uğur market”də;
- Xırdalan şəhəri, Masazır şossesi, ev 62 ünvanında Hafiz Səlimova məxsus mağazada;

Zaqatala şəhərində:

- Tala prospektində yerləşən “İpək yolu market”də;

Quba şəhərində:

- H.Əliyev prospekti, 132 ünvanında Raifə Laçınovaya məxsus mağazada;

Gəncə şəhərində:

- V.Xuluflu küçəsi, 23 ünvanında Yadigar Qəribova məxsus ərzaq malları mağazasında;
- Gülüstan qəsəbəsi, ev 28 ünvanında Ayaz Quliyevə məxsus ərzaq malları mağazasında;
- H.Əliyev prospekti, 102/26 ünvanında yerləşən “Sübhan market”də;
- Dəmiryol Vağzalı ərazisində yerləşən “Lokomotiv market”də;
- M.Abbaszadə küçəsi, 36 ünvanında yerləşən “Gəncə market”də;
- B.Əliyev küçəsi, 32 ünvanında yerləşən “Göyçə market”də.

Monitorinq zamanı ümumi çəkisi 890 kiloqrama yaxın saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Kolbasa məmulatları, makaron və un məmulatları, süd və süd məhsulları, qənnadı məmulatları, bal, yağlar, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, mineral sular, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və digər məhsullardan ibarət saxta məhsulların hamısı məhv edilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737

Oxşar yazılar