Azərbaycanlı iş adamının Çində böyük uğuru
19 may 2010 10:30 (UTC +04:00)

Azərbaycanlı iş adamının Çində böyük uğuru

Qurban Yusifov sahibi olduğu “Medine” fabrikinin ayaqqabıları Çin, Avropa və Rusiya bazarlarında satılır

Çindən Azərbaycana ayaqqabı ixrac edən və onların keyfiyyətsizliyi səbəbindən müştərilərin etirazı ilə qarşılaşan azərbaycanlı iş admı Qurban Yusifov ayaqqabı fabriki açmaq qərarına gəlib.

Lent.az-ın “beyazgazete.com” saytına istinadən verdiyi məlumata görə, Qurban Yusifov 1995-ci ildə Çinin cənubundakı Çengdu şəhərində “Medine” (Çincə Madina) adlı ayaqqabı fabriki açıb.

İndi bu fabrikdə 300 çinli işçi çalışır. Fabrikin istehsalı olan keyfiyyətli ayaqqabılar isə Çinlə bərabər, Avropa və Rusiya bazarlarında satılır. Qurban Yusifov Türkiyə bazarında da ayaqqabı satmağa hazırlaşır.

Fabrikin xanım çinli müdiri Yao Qiongyin deyib ki, qlobal maliyyə böhranı zamanı ciddi zərərə düşüblər, ancaq bütün çətinliklərə baxmayaraq, bu vəziyyətin öhdəsində gəliblər: “Çində xarici ölkə vətəndaşının fabrik açması və işlətməsi asan deyil. Əzm, səbir və cəsarət məsələsində azərbaycanlı iş adamından çox şey öyrəndim. Mən maliyyə böhranı zamanı aylarla maaş almadım və əlimizə gələn pulla işçilərin maaşını verdik. İndi o günlər arxada qalıb. Gələcəyə daha ümidlə baxırıq”.

Qeyd edək ki, Qurban Yusifov 1995-ci ildə, hələ 25 yaşında olarkən Çinə gedib. O vaxtlar çin dilində 1 kəlimə bilməyən gənc iş adamı indi bu dillə yanaşı, ölkənin adət-ənənələrini, biznesin sirlərini öyrənib.
# 871

Oxşar yazılar