Azərbaycana yeni cins inəklər gətirilib
Avstriyadan gətirilmiş 163 baş cins düyələr 50 faiz qiymətinə fermerlərə satılır
Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC Avstriyadan yeni cins inəklər gətirilib. Dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına alınan cins inəklərin ilk partiyasının fermerlərə satışına başlayıb.
Kənd Təsərrüfatı Nazirliyindən Lent.az-a bildiriblər ki, bu il ilk mərhələ 163 baş “Şviss” və “Sim-mentol” cins düyələr fermerlərə lizinq yolu ilə satılır. Bu iribuynuzlu heyvanlar digər cinslərlə müqayisədə daha çox süd verir. Heyvanlar əvvəlcə onun gətirildiyi ölkədə, daha sonra Azərbaycanda 20 gün karantin dövrü keçdikdən sonra satışa çıxarılır. Artıq ölkənin müxtəlif bölgələrindən bu heyvanların alınmasına dair sənədlər təqdim olunub.
Xatırladaq ki, cins heyvanların satış qiyməti onların diri çəkisinə əsasən təyin olunur. Kənd Təsərrüfatı Nazirliyində deyirlər ki, 1 inəyin qiyməti təxminən 3500-3800 manatdır. Heyvanların qiymətinin 50 faizi dövlət tərəfindən fermerlərə güzəşt olunur. Digər 50 faiz vəsaitin yarısını fermerlər bəri başdan, qalan hissəsini isə 3 il müddətində hissə-hissə ödəməlidir.
Elxan SALAHOV

Oxşar yazılar

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52