Hər ay Əfqanıstana 100-1500 konteyner yük daşınır
Rusiya bu yüklərin öz ərazisindən daşınması üçün ciddi səylər göstərir
“Hər ay Əfqanıstana TRASEKA nəqliyyat dəhlizi vasitəsilə təqribən 1000-1500 konteynerə qədər yük göndərilir. Bu, kiçik rəqəm deyil. İndiyədək daşımalarla bağlı heç bir xoşagəlməz hal olmayıb. Həm xarici dövlətlər, yəni Amerika və Avropa Birliyi bu daşımalardan çox razıdırlar”.
Lent.az-ın məlumatına görə, bu barədə TRASEKA-nın Milli Katibliyinin rəisi Akif Mustafayev jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, TRASEKA dəhlizi ilə Qara Dəniz vasitəsilə gedən yol Gürcüstana, oradan dəmir yolu ilə Xəzər dənizinə, Xəzər dənizindən isə bərələrlə mərkəzi Asiya dövlətlərinin ərazisinə, Əfqanıstana çatdırılır.
Akif Mustafayev deyib ki, Əfqanıstana daşınan yüklər bu ölkəyə kömək məqsədilə humanitar xarakter daşıyır: “Bu yüklərin hamısı konteynerlərdə daşınır və onların müxtəlif marşrutları var. Marşrutlardan biri Rusiyadan gedirdisə, digər TRASEKA dəhlizidir”.
Katibliyin rəisi əlavə edib ki, Azərbaycan vasitəsilə Əfqanıstana yük daşımaları hələ davam edəcək. Onun sözlərinə görə, bir sıra ölkələr də bu daşımalarda iştirak etmək niyyətindədir. Hazırda Rusiya humanitar yüklərin öz ərazisindən keçməsini reallaşdırmaq üçün daha çox səy göstərir: “Ancaq Azərbaycan da bu məsələdə əsas dövlətlərdən biridir. Yəni Azərbaycanın mövqeyi, geostrateji vəziyyəti imkan verir ki, bu daşımalar elə TRASEKA dəhlizi vasitəsilə həyata keçirilsin”.
Elxan SALAHOV

Oxşar yazılar

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52