“Shirvan Operating Company Limited” də şəffaflığı dəstəklədi
Şirkət Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşuldu
“Shirvan Operating Company Limited” şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalayıb. "Qoşulma Aktı"nı imzalamaqla “Shirvan Operating Company Limited” şirkəti Memoranduma qoşulmuş digər şirkətlər kimi növbəti hesabat dövrü (2009-cu il) üzrə Azərbaycan hökumətinə ödənişləri barədə hesabat verəcək.
Dövlət Neft Fondunun mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, “Shirvan Operating Company Limited” şirkəti memoranduma qoşulma aktını dünən imzalayıb. Bununla da MHŞT-nin Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış şirkətlərin sayı 30-a çatıb.
Xatırladaq ki, memorandum 2004-cü il noyabrın 24-də MHŞT-nin Azərbaycanda həyata keçirilməsi prosesinə qoşulmuş 21 xarici və yerli hasilat sənayesi şirkətləri tərəfindən imzalanıb. Sonradan memoranduma daha 8 şirkət qoşulub.
Elxan SALAHOV

Oxşar yazılar

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52