Telman İsmayılov MHP-dən olan bələdiyyə sədrinə bina hədiyyə edəcək
4 mərtəbəli bələdiyyə binası 15 min kv.m ərazidə tikiləcək
Azərbaycan əsilli iş adamı, AST şirkətlər qrupunun və Antalyadakı “Mardan Palace“ mehmanxanasının sahibi Telman İsmayılov Antalyanın Aksu rayonunun bələdiyyəsinə bina tikdirəcək.
Lent.az-ın “haberler.com” saytına istinadən verdiyi məlumata görə, “AST İnşaat” tərəfindən Aksu Bələdiyyəsi üçün tikiləcək yeni bina ilə bağlı protokolların imzalanması mərasimi keçirilib.
İmzalanma mərasiminə Aksu bələdiyyəsinin sədri İsa Yıldırım və binanı tikəcək AST İnşaatın yetkilisi Natiq Abbasov qatılıb. 4 mərtəbəli bina 15 min kvadrat metr ərazidə tikiləcək.
Natiq Abbasov mərasimdə çıxış edərək deyib ki, Aksu Bələdiyyə sədri İsa Yıldırımın istəyi ilə Telman İsmayılov bina tikərək bələdiyyəyə hədiyyə etməyə qərar verib.
Aksu Bələdiyyəsinin MHP-dən olan sədri İsa Yıldırım isə deyib ki, Aksuya rayon statusu verildikdən sonra bələdiyyə mövcud binalarında xalqa xidmət göstərməkdə çətinliklərlə qarşılaşıb: “İki müxtəlif binada bələdiyyənin strukturları yerləşmişdi və bu şərtlərdə vətəndaşlarımıza xidmət etməyə çətinlik çəkirdik. Telman İsmayılov ilə keçirdiyimiz görüşlərin nəticəsində o, Aksu rayonuna yaraşan bir bələdiyyə binası tikdirməyi qəbul etdi. Layihəsi tamamlanan binanın tikintisi bu gün start götürür. Bu bina 1 il sonra bələdiyyənin ixtiyarına veriləcək. Telman İsmayılova təşəkkür edirəm”.
İmzalanma mərasimindən sonra İsa Yıldırım Natiq Abbasova özəl tabloda çəkilmiş Türkiyə bayrağı hədiyyə edib.

Oxşar yazılar

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52