“Gənclik”də eyni vaxtda 5 tunel tikilir
“Qələbə meydanı”nında tunel tikintisinə start verir
“Akkord” Şirkətlər Qrupu yaxın vaxtlarda Bakıda nəhəng avtomobil tunelinin inşasına başlayacaq. Metronun “Gənclik” stansiyası ətrafında tikiləcək yol qovşağının layihə-smeta sənədləri üzərində son tamamlama işləri artıq başa çatıb.
“Akkord” Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Afaq Quliyeva Lent.az-a bildirib ki, Nəqliyyat Nazirliyi Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə tender keçirib. “Gənclik” metrostansiyasının ətrafındakı “Qələbə meydanı” və onunla kəsişən yollarda nəqliyyatın hərəkətinin nizamlanmasını, tıxacların aradan qaldırılmasını və işıqforsuz hərəkət rejiminin təminini nəzərdə tutan bu layihə üzrə tenderin qalibi “Akkord” Şirkətlər Qrupu olub.
Onun sözlərinə görə, yeni layihə ərazidə 5 tunelin və üçmərtəbəli yeraltı avtomobil dayanacağının inşasını, həmçinin əlaqədar yolların genişləndirilməsini nəzərdə tutur. Layihəyə əsasən, “Gənclik” metrostansiyasının Atatürk prospektinə baxan girişinin “Qələbə meydanı”nın mərkəzinə doğru yerdəyişməsi həyata keçiriləcək. Bu məsələ artıq Bakı Metropoliten İdarəsi ilə razılaşdırılıb.
Afaq Quliyeva bildirib ki, layihə üzrə işlərə aprel ayında start veriləcək. Plana əsasən, “Akkord” Şirkətlər Qrupu tərəfindən ilk olaraq, ərazidə mövcud olan çoxsaylı kommunikasiya xətlərinin dəyişdirilməsi işləri həyata keçiriləcək. Ərazidə nəqliyyatın hərəkətini tam məhdudlaşdırmamaq üçün ilk olaraq layihə üzrə ərazidə 2 tunel inşa ediləcək. Bundan sonra isə ardıcıl olaraq 3, 4 və 5 saylı tunellərin inşası həyata keçiriləcək. Ərazidə yaşıllaşdırma işlərinin aparılması da nəzərdə tutulub.
Artıq ərazidə işlərin aparılması üçün “Akkord” Şirkətlər Qrupunun mütəxəssislər qrupu, 200-ə yaxın işçi qüvvəsi və 40-a yaxın müvafiq texnikası səfərbər olunur. Tikinti ərazisində hasarlama işləri aparılır.
Elxan SALAHOV

Oxşar yazılar

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52