7 rayonda ekoloji ziyana görə 9689,61 manatlıq cərimə
Ötən bir ildə cənub bölgəsində 291 akt və protokol tərtib edib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2009-cu il ərzində cənub bölgəsində (Masallı, Lənkəran, Lerik, Cəlilabad, Biləsuvar, Astara, Yardımlı rayonlarında) keçirdiyi reyd və yoxlamaların nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, yoxlama zamanı 291 akt və protokol tərtib edilib və 37 icrası məcburi olan göstəriş verilmişdir. 37 iş üzrə 51000 manat məbləğində cərimə tətbiq edilib, ondan 9637 manatın ödənilməsi təmin olunmuşdur.
Ümumilikdə, il ərzində ətraf mühitə dəymiş ziyanla bağlı 171 iş üzrə 9689,61 manat məbləğində iddia qaldırılıb. Bu iddialar üzrə (ötən ildən qalan borc da daxil olmaqla) 13418,93 manat məbləğin ödənilməsi təmin edilib. Aşkar edilmiş qanun pozuntularına görə idarə və müəssisələrə 810 iş üzrə 42701 manat məbləğində cərimə tətbiq olunub və tam ödəniş aparılıb. Tədbir görülməsi üçün məhkəmələrə göndərilmiş 19 işdən 6-na, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 28 işdən 17-nə baxılaraq müvafiq qərar qəbul olunub.
Elxan SALAHOV

Oxşar yazılar

“Azəriqaz” rəhbəri Şərqi Zəngəzurda işləyən heyətlə görüşdü - FOTO
6 iyul 2022 , 16:35
ABB-dən hər kəsə sərfəli kredit®
6 iyul 2022 , 11:29
Dünyanın ən gözəl gölü - FOTO
5 iyul 2022 , 19:01
"Unibank" "Frontclear" və TCX ilə növbəti valyuta hedcinq sazişi imzaladı®
5 iyul 2022 , 18:23
"Azəriqaz"ın "Açıq mikrofon"u bu dəfə Balakəndə -FOTO
5 iyul 2022 , 16:35
"Səyyar qəbul otağı" bu dəfə Ağdaş rayonunda quruldu -FOTO
4 iyul 2022 , 17:48
“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu®
4 iyul 2022 , 17:05