Təbiət qoruqları genişlənir
Yola saldığımız 2009-cu il ekologiya sahəsində xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi ilə yadda qalıb. İl ərzində bir neçə təbiət qoruğu yaradılıb, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti tərəfindən zəruri tədbirlər görülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, artıq Samur-Yalama Milli Parkının yaradılması məqsədilə xarici şirkətlərin iştirakı ilə açıq tender keçirilib. Həmçinin Balakən-Zaqatala regionunda ölkə tarixində ilk biosfer rezervatın yaradılması ilə əlaqədar təyin olunmuş xarici ekspertlərlə birlikdə ilkin qiymətləndirmə işləri aparılıb.
Prezidentin 26 dekabr 2008-ci il tarixli sərəncamına əsasən, Zooloji Parkın dizayn, tikinti və inkişaf planı layihəsinin hazırlanması işlərinin satın alınması məqsədilə beynəlxalq səviyyədə açıq tender elan olunaraq, qalib şirkət müəyyən olunub. Artıq ceyranların tarixi ərazilərinə reintroduksiya olunması və həmin ərazilərin mühafizəsinin təşkili məqsədilə Xızı-Abşeron rayonlarının ərazisində Dövlət Təbiət Yasaqlığının yaradılması üzrə aparılan işlər də yekunlaşmaq üzrədir. Bununla yanaşı Naxçıvanda Arpaçayı Dövlət Təbiət Yasaqlığı, Lerik rayonu ərazisində isə Rvarud Dövlət Təbiət Yasaqlığı yaradılıb.
Elxan SALAHOV

Oxşar yazılar

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52