Bakı-Gəncə-Naxcıvan aviareysi üzrə ilk uçuş həyata keçirildi
25 dekabr 2009 20:15 (UTC +04:00)

Bakı-Gəncə-Naxcıvan aviareysi üzrə ilk uçuş həyata keçirildi

Bakı-Gəncə-Naxçıvan aviareysi fəaliyyətə başlayıb. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, bu gün ilk uçuş həyata keçirilib. Bakıdan qalxan sərnişin dolu təyyarə saat 13:00-da Gəncə Beynəlxalq Hava Limanına eniş edib. Sərnişinlərin içərisində uçan Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin rəsmiləri və KİV nümayəndələri də olub.

Qonaqları Gəncə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri qarşılayıb. Burada KİV nümayəndələrinə açıqlama verən AZAL-ın mətbuat xidmətinin rəisi Vasif Məhərrəmli reys barədə ətraflı danışıb. Onun sözlərinə görə, Bakı-Gəncə-Naxçıvan aviareysində biletlərin qiyməti 39 manatdır. “Reys Fransa istehsalı olan, 50 nəfər sərnişin tutumuna malik ATR markalı hava gəmisi ilə həyata keçiriləcək. Bu təyyarə aviasiya təhlükəsizliyi baxımından olduqca əlverişlidir. Təyyarənin maksimal qaldırıcı qüvvəsi 20 tondur. Hər həftənin tək günləri Heydər Əliyev Hava Limanından saat 12-də qalxacaq təyyarə 1 saat sonra Gəncə Hava Limanına enəcək, saat 14-də isə Naxçıvana yola düşəcək. Naxçıvandan saat 16-dan etibarən 1 saat intervalla Gəncəyə enməklə, paytaxt Bakıya istiqamət götürəcək. Aviareys Gəncə ilə Naxçıvan arasında əlaqələrin güclənməsinə müsbət təsir edəcək” - deyə, AZAL rəsmisi qeyd edib.

Qonaqlar 1 saatdan sonra təyyarə ilə Naxçıvana yola düşüb.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1712

Oxşar yazılar