İpoteka Fondunun 44 milyon manatlıq istiqrazı satılıb
Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçirilir. Hərraca 5 milyon manat həcmində istiqraz çıxarılıb.
Azərbaycan İpoteka Fondundan Lent.az-a bildiriblər ki, istiqrazlar cari qiymətlə (100,0917) satışa çıxarılacaqdır. İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilər. İstiqrazların ödənmə tarixi 10 may 2016-cı ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.
Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 29 may 2009-cu il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 55 milyon manat təşkil edir. Bir istiqrazın nominal dəyəri 1000 manat, istiqraz üzrə gəlirlilik 3 faizdir.
İpoteka istiqrazlarının yerləşdirilməsinə başlandığı tarixdən, 2009-cu il 16 iyundan bu günədək hərracda 44 milyon manat həcmində istiqraz satılıb.
Elxan SALAHOV

Oxşar yazılar

Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52