Bu il 31 yeni məktəb tikilib
25 orta və 1 peşə məktəbinin, 1 məktəb üçün 840 şagird yerlik əlavə korpusun tikintisi gələn il başa çatacaq
2009-cu ildə Azərbaycanda 31 yeni məktəb binası tikilib. İl ərzində tikintisi başa çatdırılmış və istifadəyə verilmiş məktəblərin əksəriyyəti bölgələrin payına düşür.
Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, 2009-cu ildə 11 min şagird yerlik 28 yeni məktəbin, 3 mövcud məktəb üçün 1420 şagird yerlik 71 sinif otağının, 2 internat məktəbinin, 2 uşaq bağçasının, 11 ümumtəhsil məktəbinin əsaslı təmiri başa çatdırılıb. Həmin məktəblər ən müasir texniki avadanlıqla təchiz edilib.
Bundan başqa, ölkə başçısının 23 iyun 2009-cu il tarixli “Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması haqqında” sərəncamı çərçivəsində 800 yerlik 3 yeni məktəbin, 440 şagird yerlik 22 sinif otağının tikintisi və 4 məktəbin əsaslı təmiri yekunlaşdırılıb. Bu il həmçinin 1 peşə liseyin və 8 körpələr evinin təmiri başa çatdırılıb.
Nazirlikdə bildirirlər ki, prezidentin tapşırıqlarına əsasən, bu il 25 orta və 1 peşə məktəbinin, 1 məktəb üçün 840 şagird yerlik əlavə korpusun tikintisi, 4 orta məktəbin və 1 peşə liseyinin əsaslı təmirinə başlanılıb. Həmin təhsil ocaqlarının hamısı növbəti dərs ilində istifadəyə veriləcək.
Təhsil Nazirliyində 2009-cu ili məktəblərin istiliklə təminatı baxımından da uğurlu hesab edirlər. Nazirlikdə bildirirlər ki, bu il ümumtəhsil müəssisələrinin istilik təminatı əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb. Belə ki, bu il 87 məktəbdə qazlaşdırma işləri aparılıb. Bakı və ətraf qəsəbələrdəki bütün məktəblərdə modul qazanxana tikilib və ya ümumi istilik şəbəkəsinə qoşulub.
Elxan SALAHOV

Oxşar yazılar
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29