(R) Alış-verişin hədiyyə sevincini paylaş!
13 dekabr 2012 12:20 (UTC +04:00)

(R) Alış-verişin hədiyyə sevincini paylaş!

Hədiyyə vermək qarşımızdakı insana sevgimizi bildirməyin ən sınanılmış üsuludur. Həqiqətən də hədiyyə verdiyimiz insanın sevincinə, həyəcanına şahid olmaq ən gözəl hisslərdəndir.

Diqqətlə seçilmiş, orijinal hədiyyələr istənilən xoş sözlərdən daha təsirli olacaq, həm də Sizin incə zövqünüzü vurğulayacaq. Bu səbəbdən hədiyyə seçiminə xüsusi diqqət və zaman ayırmaq lazımdır.

Həmişə olduğu kimi belə gözəl imkanı Sizlər üçün İdeal mağazalar şəbəkəsi yaradır.


13-20 dekabrda ideal mağazalarından hər 50 AZN alış-veriş edən şəxs 20 AZN dəyərində pulsuz hədiyyə kartı qazanacaq.

Bu hədiyyə kartları ilə aldığınız hədiyyələr Sizin yaxınlarınızın və sevdiklərinizin qeyri-adiliyi ilə seçilməyən hər hansı bir gününü bayrama çevirəcək.

İdeal mağazalarında olan brend seçiminin bolluğu, professional satıcı və məsləhətçilərin
düzgün məsləhəti Sizə doğru seçim etməkdə yardım olacaq.

Bizim üçün isə ən böyük hədiyyə, Sizi mağazalarımızda görmək və bu sevincli anları Sizinlə bölüşməkdir.

Aksiyanın şərtləri:

13-20 dekabrda hər 50 AZN alış-veriş edən (endirimdən sonrakı məbləğ) müştəri 20 AZN dəyərində hədiyyə kartı qazanır.

Kreditlə alış-veriş zamanı 50 AZN məbləğində alış-verişə 10 AZN hədiyyə kartı verilir. 10 AZN hədiyyə kartı yalnız nağd alışlarda istifadə oluna bilər.

Hədiyyə kartları ilə alış-verişə endirim şamil olunmur.

Kampaniyada limitli sayda brendlər iştirak edir.

Xatırladaq ki, İdeal mağazalar şəbəkəsi 1999-cu ildə yaradılıb. Hal-hazırda 15 mağazası ilə Azərbaycanın 2 şəhərində (Bakı, Sumqayıt) fəaliyyət göstərir.
# 3421

Oxşar yazılar