Ölkəmizdə 1425.7 min nəfər muzdla çalışır
12 dekabr 2012 11:11 (UTC +04:00)

Ölkəmizdə 1425.7 min nəfər muzdla çalışır

Cari ilin oktyabr ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1425.7 min nəfər olub və onlardan 854.1 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 571,6 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. Lent.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Muzdla işləyənlərin 23.6 faizi təhsildə, 19.4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12.5 faizi sənayedə, 9.4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7.6 faizi tikintidə, 4.9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3.2 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 3.0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 14.6 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Bununla yanaşı, müşahidələr göstərir ki, muzdlu işçilərin bir qismi əmək müqaviləsi bağlamadan fəaliyyət göstərir və onların statistik uçotla əhatə olunması mümkün olmur.
# 765

Oxşar yazılar