(R) AXA MBASK ilin sığorta şirkəti seçildi
06 dekabr 2012 16:19 (UTC +04:00)

(R) AXA MBASK ilin sığorta şirkəti seçildi

Təqdimat mərasimində mükafatı qəbul edən AXA MBASK SŞ İdarə Heyətinin sədr müavini Selçuk Adıgüzel bu etimada görə təşəkkürünü bildirdi.

O, öz çıxışında şirkətin son iki ildə əldə etdiyi nailiyyətlərdən danışaraq, sığorta bazarının inkişafına və əhaliyə yüksək keyfiyyətli sığorta xidmətlərinin göstərilməsinə yönəlmiş fəaliyyəti xüsusi vurğuladı.

“Şirkət bundan sonra da müştərilərə yüksək səviyyədə xidmət göstərməyə davam edəcək və şirkətin yeni şüarına uyğun olaraq, “sığortaya yeni baxış” formalaşdırmağa çalışacaq”, deyə S.Adıgüzəl qeyd etdi.

Qlobal Sığorta Qrupunun üzvü olan AXA MBASK Sığorta Şirkəti 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarını tətbiq etməyə başlamışdır.

Belə ki, satışın sığorta agentləri vasitəsilə inkişafı planı həyata keçirilərək, qısa müddət ərzində bütün Azərbaycan ərazisində 80-ə yaxın fiziki və hüquqi şəxslərlə, həmçinin maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş sığorta polislərinin satış məntəqəsi açılmışdır.

Qeyd etmək lazımdır ki, bu, şirkətin bazara çıxdığı gündən etibarən aldığı üçüncü mükafatdır. Belə ki, ötən il AXA MBASK Sığorta Şirkəti 30-dan çox ölkənin işgüzar dairələrini birləşdirən Xəzər İnteqrasiya Biznes Klubundan (Caspian Integration Business Club) “İlin sığorta şirkəti” olaraq beynəlxalq Caspian Energy Integration Award-2011 mükafatını almışdır. Həmçinin, “Azərbaycan bazarında beynəlxalq sığorta təcrübəsinin tətbiqinə töhfə” nominasiyasında UĞUR milli mükafatına layiq görülmüşdür.

UĞUR mükafatı 2000-ci ildə ölkədə iqtisadiyyat, hüquq, yerli özəl sahibkarlığın inkişafı məsələlərini işıqlandıran aparıcı Consulting&Business nəşri tərəfindən təsis edilmişdir.
1996-cı ildən etibarən nəşr olunan Consulting&Business Azərbaycan iqtisadçıları, siyasətçiləri, menecerləri və biznesmenləri arasında ən məşhur nəşrə çevrilmişdir. UĞUR mükafatı təmsil etdiyi sektorun flaqmanlarına – öz fəaliyyət sahəsində böyük nailiyyətlər əldə etmiş və Azərbaycanın inkişafına nəzərəçarpan töhfələr verməyə müvəffəq olmuş təşkilatlara, şirkətlərə, görkəmli şəxslərə təqdim edilir.
# 1239

Oxşar yazılar