Sənaye və Energetika Nazirliyinin səlahiyyəti artırıldı
Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət enerji nəzarəti (elektrik və istilik üzrə) haqqında Əsasnamə”nin təsdiq edilməsi, Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin “Dövlət Enerji nəzarət” İdarəsinin işçilərinin say tərkibinin və vəzifə maaşlarının müəyyənləşdirilməsi haqqında” 2002-ci il 29 iyul tarixli 117 nömrəli qərarında dəyişiklik edib.
Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişiklik “Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 597 nömrəli fərmanının icrasını təmin etmək məqsədi ilə edilib və Azərbaycan Respublikasında dövlət enerjinəzarəti (elektrik və istilik üzrə) haqqında Əsasnamə ləğv olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli fərmanı ilə mərkəzi icra hakimiyyəti orqanlarına orqanın aparatının struktur bölmələrinin, tabeliyində olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumları istisna olmaqla) və elmi-texniki şurasının əsasnamələrinin təsdiqi və orqanın kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul etmək səlahiyyəti verilib. Buna əsasən də Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan Respublikasında dövlət enerjinəzarəti (elektrik və istilik üzrə) haqqında Əsasnamə ləğv olunub. Bu kimi məsələlərlə bağlı səlahiyyət artıq Sənaye və Energetika Nazirliyinə məxsusdur.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15