BP: “Qərbi Çıraq” platformasının dayaq bloku hazırdır
23 oktyabr 2012 20:17 (UTC +04:00)

BP: “Qərbi Çıraq” platformasının dayaq bloku hazırdır

Xəzərin Azərbaycan sektorunda yerləşə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının “Qərbi Çıraq” platformasının dayaq blokunun tikintisi başa çatıb.

AÇG yatağının operatoru olan BP şirkətindən “APA-ECONOMICS”ə verilən xəbərə görə, platforma dəyəri 6 mlrd. dollar olan Çıraq Neft Layihəsinin (ÇNL) bir hissəsidir. Yeni platformanın dayaq bloku Xəzərdə indiyədək tikilmiş ən ağır blokdur və o, ötən həftənin sonunda Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) tikinti-quraşdırma sahəsinin yanalma limanında təhlükəsiz şəkildə STB-1 daşıma barjasına yüklənib.

Dayaq bloku ilin sonunadək barjanın üzərində qalacaq ki, “Dədə Qorqud” qazma qurğusuna 2010-cu ildən başladığı öncə qazma işlərini başa çatdırmağa imkan versin. Dayaq blokunun dənizdə quraşdırılmaq üçün yola salınması 2013-cü ilin əvvəllərinə planlaşdırılır.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir bildirib ki, bununla ÇNL-dən gələn ilin 4-cü rübünə planlaşdırılan ilk neftin əldə olunmasına daha bir addım yaxınlaşıblar: “Barjaya yüklənmə əməliyyatı çox uğurlu və ən əsası isə tam təhlükəsiz qaydada yerinə yetirilibr. Bu, məndə əminlik yaradır ki, ÇNL-in 2013-cü ildə bitməsi planlaşdırılan qalan işləri, o cümlədən də Qərbi Çıraq platforması bütövlükdə, eyni uğurla başa çatdırılacaq. Mən həmçinin qürur duyuram ki, AÇG-nin işlənməsinin tarixində ilk dəfə olaraq ÇNL yerli ehtiyatlardan mümkün qədər geniş istifadə etməklə bütün quraşdırma işlərini Azərbaycanda aparıb. Bu nailiyyətin əldə olunması açıqca göstərir ki, biz Azərbaycanda layihə istehsal xəttini yaradıb saxlamaq öhdəliyimizə sadiqik. İnanırıq ki, ÇNL AÇG tərəfdaşlarının yeni iri bir sərmayəsi kimi bizə Dərinsulu Günəşli ilə mövcud Çıraq platforması arasındakı sahədən neftverməni maksimuma çatdırmağa imkan verəcək. ÇNL-dən əvvəl biz AÇG-də altı dünya-səviyyəli platforma tikmişik və indiyədək onları Azərbaycan xalqının və bizim tərəfdaşlarımızın mənfəəti üçün təhlükəsiz və səmərəli şəkildə istismar etmişik”.

Qərbi Çıraq platformasının dayaq blokunun tikintisi 2010-cu ildə başlanıb və qrafikə uyğun olaraq 2012-ci ilin 4-cü rübündə başa çatıb. Bu müddət ərzində tikinti işlərinə 2000 insan, o cümlədən subpodratçı və təchizatçı mütəxəssislər cəlb olunub. İşçi qüvvəsinin təxminən 96% yerli azərbaycanlılar olub. Dayaq blokunu yerli şirkət olan və indi bütünlüklə ARDNŞ-yə məxsus BOS Şelf şirkəti inşa edib və bu işlər BDÖZ-dəki yerli tikinti-quraşdırma infrastrukturundan istifadə edilməklə həyata keçirilib.

Qərbi Çırağın dayaq blokunun ümumi çəkisi 18,200 (1500 tonluq üzmə pantonları da daxil olmaqla) ton, hündürlüyü təxminən 185 metrdir və ümumi çəkisi 6700 ton olan 13 payası (12 üstəgəl biri ehtiyat məqsədilə), yeddi dikborusu, səkkiz j-şəkilli borusu və on kessonu var. Dayaq bloku suyun dərinliyi təxminən 170 metr olan yerdə quraşdırılacaq.

AÇG-də iştirak payları: BP (operator – 35,78faiz), ARDNŞ (11,65 faiz), «Şevron» (11,27 faiz), İNPEKS (10,96 faiz), «Statoyl» (8,56 faiz), «EksonMobil» (8 faiz), TPAO (6,75 faiz), İTOÇU (4,3 faiz), «Hess» (2,72 faiz
# 1274

Oxşar yazılar