Dövlət Neft Fondu gəlir və xərclərini açıqladı
22 oktyabr 2012 18:05 (UTC +04:00)

Dövlət Neft Fondu gəlir və xərclərini açıqladı

2012-ci ilin yanvar-sentyabr ayları ərzində Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9 636.0 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 9 625.7 milyon manat, tranzit gəlirləri 5.7 milyon manat, bonus ödənişləri 1,6 milyon manat, akr hesabı ödənişlər 2,8 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,2 milyon manat təşkil edib. Ötən 9 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 440,4 milyon manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəliri 79,3 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində Neft Fondunun 2012-ci il büdcəsinin icrası çərçivəsində 7 038,4 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 251,1 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 115,1 milyon manat vəsait ayrılıb. "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 97,0 milyon manat vəsait ayrılıb. 8,3 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. 2012-ci ilin 9 ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 21,1 milyon manat təşkil edib. 2012-ci il oktyabrın 1-ə Fondun aktivləri 2012-ci ilin əvvəlinə (29 800,0 milyon ABŞ dolları) nisbətən 11,4% artaraq 33 192,4 milyon ABŞ dollarına bərabər olub. 2012-ci ilin I rübündən etibarən Neft Fondu qızılın alınmasına başlamışdır və 1 oktyabr 2012-ci il tarixinə qızılın miqdarı 10 ton 891 kq (350 146 troy unsiya) təşkil edib.
# 1644

Oxşar yazılar