(R) “Albalı” kartını online və pulsuz  sifariş edin
19 oktyabr 2012 17:59 (UTC +04:00)

(R) “Albalı” kartını online və pulsuz sifariş edin

Sizə büdcənizə qənaət etdirən “Albalı” kartı ilə bağlı bütün məlumatlar bir saytda. Sadəcə albali.az saytına daxil olmaqla, ALBALI-dan faydalanmağın bütün yollarını öyrənmək mümkündür. “Unibank”ın faizsiz kredit xətti ilə xüsusi bonuslar qazanmaq imkanı verən “Albalı” kartları, artıq özünə minlərlə müştəri qazanıb. Heç bir komissiya haqqı ödənilmədən, illik faiz dərəcəsi 0% olan “Albalı” taksit kartları, müştərilərə tamamilə pulsuz olaraq təqdim olunur.

ALBALI kartı sayəsində “Unibank”ın tərəfdaşları olan ticarət və xidmət mərkəzlərindən istənilən məhsulu alaraq, dəyərini aylar üzrə hissə-hissə (12 ayadək) ödəmək mümkündür. Ən əsası isə “Albalı” kartı ilə partnyor şəbəkəsində aparılan əksər əməliyyatlardan müəyyən bir faiz müştərilərə bonus kimi qaytarılır.

3 il müddətinə 3000 AZN-dək kredit cəlb etməyə imkan verən “Albalı” kartı, bankomat vasitəsilə 200 AZN-dək nağd pulu almağı da mümkün edir. Kart çərçivəsində həyata keçirilən kampaniyalar haqqında bütün məlumatları albali.az saytından öyrənmək mümkündür.

“Albalı” kartı ilə kommunal, telefon, internet, kabel televiziyası və digər xidmətlər üzrə ödəmələri hissə-hissə aparmağın mümkünlüyünə də, sayta daxil olmaqla əmin ola bilərsiniz.

Ödəmələri daha da asanlaşdırmaq üçün “Unibank” “Hesab.az” ödəmələr portalı ilə birgə aksiyaya da start verib. Üstəlik bu ödəmələri həyata keçirdiyinizə görə sizə bonus da verilir. Digər kartlardan fərqli olaraq, “Albalı” kartlılar hesab.az-da da 5 qat bonus qazanırlar.

“Albalı” kartını istifadə edə biləcəyiniz bütün ticarət obyektlərinin - Bankin tərəfdaşlarının siyahısı albali.az saytında verilib. Saytın Partnyorluq üçün bölümü öz ticarətlərini “Albalı” kartı ilə genişləndirmək istəyənlər üçün birbaşa müraciət etmək imkanı qazandırır. Ayrı-ayrı şəxslər də “Albalı” kartını sayt vasitəsi ilə sifariş edə bilərlər. Bunun üçün sadəcə sorğu cədvəlini doldurmaq kifayətdir.

Saytın onlayn bölümündə müştərilərin “Albalı” kartıyla bağlı ən çox ünvanladığı suallara cavablarla da tanış olmaq mümkündür. Burda kartdan istifadə qaydaları ilə bağlı bütün məsələlərə aydınlıq gətirilib.

Onlayn konsultasiya vasitəsi ilə suallarınızı verib, kartla bağlı sizi maraqlandıran cavabları ala bilərsiniz.

Saytın “Geri zəng” bölümü, bank əməkdaşlarının sizin telefon nömrənizə zəng vurmaqla, kartla bağlı suallarınızı cavablandırmaq xidmətidir.

Xəbərlərə abunə bölümünə qoşulmağınız sizə “Albalı” kartı ilə bağlı ən son xəbərlərlə anında tanış olmaq imkanı verir.

012(117) müştəri mərkəzi də kartla bağlı bütün suallarınızı cavablandırmağa hazırdır.

Həyatınızı bu qədər rahatlaşdıran “Albalı” kartı haqqında daha çox məlumat almaq üçün albali.az saytına daxil olun!

“Albalı” kartını sifariş etmək üçün bura daxil olun http://www.albali.az/sifarish-et/

“Unibank” – hər kəsin bankı!
# 5316

Oxşar yazılar