BP Azərbaycanda yeni vitse-prezident təyin etdi
Bu gün Cim Kauinin noyabrın 15-dən etibarən BP-nin Azərbaycanda quyular üzrə vitse-prezidenti təyin edilməsi təsdiqlənib.
“BP-Azərbaycan”-dan Lent.az-a verilən məlumata görə, bundan əvvəl bu vəzifəni tutmuş Qari Kristman BP Qrupunun Quyular üzrə İnstitutuna təyinat alıb.
Qeyd edək ki, quyular üzrə vitse-prezident regionda quyularla bağlı bütün fəaliyyətə cavabdehdir. Cim Kaui neft sənayesində 32 illik təcrübəyə malikdir. O, qazma və tamamlama əməliyyatları və mühəndisliyi üzrə ixtisaslaşmaqla rəhbər vəzifələrdə çalışıb. Cim Bakıda quyular üzrə 300-dən çox mütəxəssisdən ibarət bir qrupa rəhbərlik edəcək.
Bundan əlavə, BP Bakıdakı quyular üzrə qrupa 10 yeni mühəndis qoşulacağını da bəyan edib. Bu mütəxəssislər BP-nin Alyaska, Şimali Amerika, Şimal Dənizi, Anqola və Misirdəki biznesindən bir-bir seçiliblər. Bu mütəxəssislərin üst-üstə təqribən 200 ilə bərabər təcrübələri var.

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39